15-ci Rəbb günü Adi dövrdə 	                                                                                    C ili

15-ci Rəbb günü Adi dövrdə C ili

 

Qanunun Təkrarı 30, 10-14

Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün. Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil. Read more about 15-ci Rəbb günü Adi dövrdə C ili

14-cü Rəbb günü Adi dövrdə 		                                                                   C ili

14-cü Rəbb günü Adi dövrdə C ili

Yeşaya 66, 10-14

Yerusəlimlə birgə sevinin, ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, onunla birgə coşun, fərəhlənin! Siz ananız Yerusəlimin döşlərini əmib, təsəlli tapacaqsınız, doyacaqsınız, onun bol nemətlərindən dadıb zövq alacaqsınız. Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, millətlərin sərvətini daşqın sel kimi ona sarı axıdacağam. Read more about 14-cü Rəbb günü Adi dövrdə C ili

13-cü Rəbb günü Adi dövrdə 	                                                                             C ili

13-cü Rəbb günü Adi dövrdə C ili

1 Padşahlar 19, 16b. 19-21

Rəbb İlyasa dedi: Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et. İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı. Read more about 13-cü Rəbb günü Adi dövrdə C ili

EVXARİSTİYA BAYRAMI

EVXARİSTİYA BAYRAMI

Yaradılış kitabından sözlər (Yaradılış 14, 18-20)

Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.

Read more about EVXARİSTİYA BAYRAMI

Müqəddəs Üçlük Bayramı                                                                                           C ili

Müqəddəs Üçlük Bayramı C ili

Süleymanın Məsəlləri Kitabından Sözlər (Süleyman Kit 8, 22-31)

Rəbb Öz yolunun başlanğıcında, hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, dünya yaranmazdan əvvəl mən var idim. Dərin sular olmazdan əvvəl, bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. Dağlar yaradılmazdan əvvəl, təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda, göyləri yaradanda, dərinliyin üzü üstündə bir dairə çəkəndə, buludları yuxarıda yerləşdirəndə, dərinlikdə bulaqları bağlayanda, sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, yerin bünövrələrini təyin edəndə Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, hüzurunda həmişə sevinirdim. Yaratdığı aləmə görə sevinirdim, bəşər övladlarına görə fərəhlənirdim. Read more about Müqəddəs Üçlük Bayramı C ili

Pentikost Bayramı                                                                                                          C ili

Pentikost Bayramı C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 2, 1-11) Əllinci gün, (pentikost= Pasxa bayramından sonra əllinci gün qeyd edilir), bayram zamanı onların hamısı bir yerə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs […]

İsa Məsihin Göyə yüksəlişi bayramı                                                                        C ili

İsa Məsihin Göyə yüksəlişi bayramı C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 1, 1-11)

Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə buyruqlar verdi. Ölüm əzabını çəkəndən sonra diri olduğunu həvarilərə çoxlu inandırıcı dəlillərlə göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Səltənəti barədə danışırdı. İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız». Read more about İsa Məsihin Göyə yüksəlişi bayramı C ili

6-cı Rəbb günü Pasxa dövründə                                                                               C ili

6-cı Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 15, 1-2. 22-29)

Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz». Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sual ətrafında həvarilər və ağsaqqallarla görüşsünlər. Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldi ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsin. İmanlılar arasında başçılıq edən Barsaba adlanan Yəhuda ilə Silanı seçdilər. Onların əlinə bu məktubu verib göndərdilər: Read more about 6-cı Rəbb günü Pasxa dövründə C ili

5-ci Rəbb günü Pasxa dövründə                                                                               C ili

5-ci Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 14, 21-27)

Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyalı Antakyaya qayıtdı. Şagirdlərini ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirdilər və dedilər: «Allahın səltənətinə çoxlu çətinliklərdən keçib girməliyik». İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. Pergedə Kəlamı yayandan sonra Antalyaya getdilər. Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların yerinə yetirəcəkləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər. Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, Yəhudi olmayan millətlərə iman qapısını necə açdığını söylədilər. Read more about 5-ci Rəbb günü Pasxa dövründə C ili

4-cü Rəbb günü Pasxa dövründə                                                                              C ili

4-cü Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 13, 14.43-52)

Paul və Barnaba yollarına davam edib Pergedən Pisidiyalı Antakyaya çatdı. Şənbə günü sinaqoqa girib oturdular. Sinoqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.
Read more about 4-cü Rəbb günü Pasxa dövründə C ili