25-ci Rəbb günü Adi dövrdə                                                                                  “A”ili

25-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 55, 6-9 HOMILY FOR THE 25TH SUNDAY IN ORDINARY TIME YEAR A (1). - Catholic For Life

Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın. Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki Onun əfvi boldur. «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.

Read more about 25-ci Rəbb günü Adi dövrdə “A”ili

23-cü Rəbb günü Adi dövrdə                                                                                                                                                                    “A”ili

23-cü Rəbb günü Adi dövrdə “A”ili

Yez 33, 7-9

Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən. Pis adama Mən “ey pis adam, mütləq öləcəksən” deyəndə sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam. Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış olursan. Read more about 23-cü Rəbb günü Adi dövrdə “A”ili

22-ci Rəbb günü Adi dövrdə                                                                                                                                                                  “A”ili

22-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeremya 20, 7-9

Ya Rəbb, Sən məni aldatdın, mən də aldandım. Sən məndən güclüsən, Sən mənə üstün gəldin. Bütün gün mənə gülürlər, hər kəs mənimlə əylənir. Çünki mən danışmağa başlayan kimi fəryad edib «Zorakılıq və talan!» deyə qışqırıram. Rəbbin sözündən ötrü mən bütün gün rüsvay oldum, təhqir edildim. Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, artıq bunu edə bilmirəm. Read more about 22-ci Rəbb günü Adi dövrdə “A”ili

21-ci Rəbb günü Adi dövrdə                                                                                                                                                                  “A”ili

21-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 22, 19-23

Xudavənd saray rəisi Şevnaya belə dedi: Səni vəzifəndən Mən devirəcəyəm, tutduğun yerindən qovacağam. O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb sənin geyimini ona geyindirəcəyəm, sənin qurşağını onun belinə bağlayacağam, səlahiyyətini onun ixtiyarına verəcəyəm. Bu adam Yerusəlim sakinlərinə, Yəhuda xalqına ata olacaq. Davud nəslinin açarını onun çiynindən asacağam, açdığını heç kim bağlaya bilməyəcək, bağladığını heç kim aça bilməyəcək. Mən onu paya kimi bərk yerə vuracağam. O, nəsli üçün fəxr olacaq. Read more about 21-ci Rəbb günü Adi dövrdə “A”ili

20-ci Rəbb günü Adi dövrdə                                                                                                                                                                    “A”ili

20-ci Rəbb günü Adi dövrdə “A”ili

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 56, 1. 6-7)

Rəbb belə deyir: «Ədaləti qoruyun, salehliyə əməl edin. Çünki xilasım yaxındadır, Salehliyim tezliklə aşkar olunacaq. Rəbbə xidmət etmək, Onun adını sevmək, Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan, əhdimə itaət edən, Rəbbə bel bağlayan bütün yadelliləri Müqəddəs dağıma gətirib dua evimdə sevindirəcəyəm. Onların gətirdikləri yandırma qurbanları, bütün qurbanlar qurbangahımda qəbul olunacaq. Çünki Mənim evim bütün xalqlar üçün dua evi adlandırılacaq». Read more about 20-ci Rəbb günü Adi dövrdə “A”ili

19-cu Rəbb günü Adi dövrdə                                                                                                                                                                  “A”ili

19-cu Rəbb günü Adi dövrdə “A”ili

1-ci Padşahlar kitabından sözlər (1 Pad. 19, 9a. 11-13a)

 

İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona «İlyas, burada nə edirsən?» deyə Rəbbin sözü nazil oldu. O dedi: «Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək». Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi. Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi. İlyas bunu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. Read more about 19-cu Rəbb günü Adi dövrdə “A”ili

18-ci Rəbb günü Adi dövrdə                                                                                                                                                                   “A”ili

18-ci Rəbb günü Adi dövrdə “A”ili

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 55, 1-3)

Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz-parasız alın! Nə üçün pulunuzu çörək olmayan şeylərə, qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. Qulaq asın, Mənim yanıma gəlin, dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm. Read more about 18-ci Rəbb günü Adi dövrdə “A”ili

17-ci Rəbb günü Adi dövrdə                                                                                                                                                                   “A”ili

17-ci Rəbb günü Adi dövrdə “A”ili

1-ci Padşahlar kitabından sözlər (1 Pad. 3, 5-12)

Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, bütün ürəyi ilə səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona öz böyük xeyirxahlığını saxladın. İndi, ya Rəbb Allahım, öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» Read more about 17-ci Rəbb günü Adi dövrdə “A”ili

16-cı Rəbb günü Adi dövrdə                                                                                                                                                                  “A”ili

16-cı Rəbb günü Adi dövrdə “A”ili

Müdriklik kitabından sözlər (Müdriklik 12, 13. 16-19)

Çünki hamıya himayə göstərən Səndən başqa Allah yoxdur. Sənin ədalətlə mühakimə etmədiyini heç nə ilə sübut etmək olmaz. Çünki Sənin qüdrətin ədalətin başlanğıcıdır, Sən hər şey üzərində hökmranlıq edirsən, buna görə də hamıya rəhm etməyə meyillisən. Öz gücünü Sənin qüdrətinə inanmayanlara göstərirsən, Sənin qüdrətini tanıyanlara Qaba adamların başına nə gəldiyini öyrədirsən. Lakin gücünə rəğmən yumşaqlıqla mühakimə edirsən. Bizi böyük mərhəmətlə idarə edirsən, çünki qüdrətin həmişə Öz iradəndədir. Belə işlərlə Sən Öz xalqına dərs verdin, ədalətli adamın insanları sevməli olduğunu öyrətdin. Öz övladlarına gözəl bir ümid verdin ki, günahlarından tövbə etdikləri halda tövbələrini qəbul edəcəksən. Read more about 16-cı Rəbb günü Adi dövrdə “A”ili

15-ci Rəbb günü Adi dövrdə                                                                                                                                                                  “A”ili

15-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeşaya 55, 10-11

Necə göydən yağan yağış və qar torpağı sulamadan, yeri məhsuldar edib əkin bitirmədən, əkinçiyə toxum, yeyənə çörək vermədən göylərə qayıtmırsa, Ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.
Read more about 15-ci Rəbb günü Adi dövrdə “A”ili