21-ci Rəbb günü Adi dövrdə                                                                                    B ili

21-ci Rəbb günü Adi dövrdə B ili

Yeşua 24, 1-2a. 15-17. 18b Image result for lord you have the words of everlasting life

Yeşua İsrailin bütün qəbilələrini Şekemə topladı və İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını çağırdı. Yeşua bütün xalqa dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İbrahimin, Naxorun atası Terah və atalarınız keçmişdə Fərat çayının o biri tayında yaşayırdılar. Onlar başqa allahlara qulluq edirdilər. Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək». Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun! Read more about 21-ci Rəbb günü Adi dövrdə B ili

20-ci Rəbb günü Adi dövrdə 	                                                                           B ili

20-ci Rəbb günü Adi dövrdə B ili

Süleymanın Məsəlləri 9, 1-6 Image result for bread of life

Hikmət evini qurub, yeddi dirəyini yonub, heyvanlarını kəsib, şərabını hazırlayıb, süfrəsini də düzəldib. Göndərdiyi kənizlər şəhərin uca yerlərindən car çəkərlər: «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər: «Gəlin, çörəyimdən yeyin, hazırladığım şərabdan için. Cəhaləti atın, ömür sürün, idrak yolları ilə düz gedin».
Read more about 20-ci Rəbb günü Adi dövrdə B ili

19-cu Rəbb günü Adi dövrdə	                                                                          B ili

19-cu Rəbb günü Adi dövrdə B ili

1 Kr 19, 4-8 Image result for 19th sunday in ordinary time 2018

İlyas özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm».

O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!» İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib içdi və yenə yuxuya getdi. Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən». O qalxdı və yeyib içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi.  Read more about 19-cu Rəbb günü Adi dövrdə B ili

18-ci Rəbb günü Adi dövrdə		                                                                              B ili

18-ci Rəbb günü Adi dövrdə B ili

Çıxış 16, 2-4. 12-15 Image result for 18th sunday in ordinary time year b

Səhrada bütün İsrail icması Musa ilə Harunun əlindən giley-güzar etdi. İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Çünki siz bizi bu səhraya buna görə gətirdiniz ki, bütün icmanı aclıqdan öldürəsiniz». Read more about 18-ci Rəbb günü Adi dövrdə B ili