34-cü Rəbb günü: İsa Məsih – kainatın  padşahı                                              “B” ili

34-cü Rəbb günü: İsa Məsih – kainatın padşahı “B” ili

Daniel 7, 13-14

Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər birisi göyün buludları ilə gəlir. O, əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verilmişdi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyəcək, əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. Read more about 34-cü Rəbb günü: İsa Məsih – kainatın padşahı “B” ili

33-cü Rəbb günü Adi dövrdə                                                                                                                                    “B” ili

33-cü Rəbb günü Adi dövrdə “B” ili

Daniel 12, 1-3 Výsledok vyhľadávania obrázkov pre dopyt 33th sunday in ordinary time b year

O dövrdə xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan o vaxta qədər olmamış əzablı dövr gələcək. O dövrdə sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. Torpağın altında yatanların çoxu əbədi həyat, bə’zisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq. Read more about 33-cü Rəbb günü Adi dövrdə “B” ili

32-ci Rəbb günü Adi dövrdə   		                                                                        “B” ili

32-ci Rəbb günü Adi dövrdə “B” ili

1 Padşahlar 17, 10-16 Výsledok vyhľadávania obrázkov pre dopyt 32th sunday in ordinary time b year

O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim». Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al». Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik». İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan. Read more about 32-ci Rəbb günü Adi dövrdə “B” ili

31-ci Rəbb günü Adi dövründə                                                                        “B” ili

31-ci Rəbb günü Adi dövründə “B” ili

Qanunun Təkrarı 6, 2-6 Výsledok vyhľadávania obrázkov pre dopyt mk 12 28b-34

Ömrünüz boyu siz, övladlarınız, nəvələriniz sizə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahınız Rəbdən qorxun ki, ömrünüz uzun olsun. Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan. Read more about 31-ci Rəbb günü Adi dövründə “B” ili