Müqəddəs Ailənin Bayramı  		           “C”ili

Müqəddəs Ailənin Bayramı “C”ili

 

Sirax kitabından sözlər (Sirax 3, 2-6. 12-14)

Rəbb övladlar üzərində ataya şərəf vermişdir, oğullar üzərində anaya haqq vermişdir. Atasına ehtiram göstərən kəsin günahları bağışlanır. Anasına hörmət edən kəs sərvət əldə edən adam kimidir. Atasına ehtiram göstərən öz uşaqlarından sevinc tapacaq. Dua etdiyi gün yalvarışı eşidiləcək. Atasına hörmət edənin ömrü uzun olar, anasına rahatlıq verən Rəbbə itaət etmiş olur. Read more about Müqəddəs Ailənin Bayramı “C”ili

Milad bayramı                                         (gündüz)

Milad bayramı (gündüz)

Yeş 52, 7-10 Sülh xəbəri gətirən, dağları aşıb-gələn Müjdəçinin ayaqları necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir. Qulaq asın! Keşikçilər səslərini ucaldır, birlikdə mədh oxuyur, çünki Rəbbin Siona qayıdışını öz gözləri ilə görür. Ey Yerusəlim xarabalıqları, şənlik edin, birlikdə mədh oxuyun, çünki Rəbb xalqına təsəlli […]

Milad bayramı  				                 (gecə)

Milad bayramı (gecə)

Yeş 9, 2-4. 6-7 Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. Çünki […]

4-cü Rəbb günü Advent dövründə              “C”ili

4-cü Rəbb günü Advent dövründə “C”ili

Mikeya 5, 2-5

Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir».

Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına qalan qohumları qayıdacaq. Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə duracaq, Rəbbin gücü ilə sürüsünü otaracaq, bütün yer üzü onun böyüklüyünü bildiyi üçün. Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Read more about 4-cü Rəbb günü Advent dövründə “C”ili

MILAD BAYRAMI 2018, DUA CƏDVƏLI

MILAD BAYRAMI 2018, DUA CƏDVƏLI

24. Dekabr 2018 (Bazar ertəsi), Milad ərəfəsi 20.00 Müqəddəs messa (rusca) 24:00 Müqəddəs messa (ingiliscə) 25. Dekabr 2018 (Çərşənbə axşamı), Milad Bayramı (İsa Məsihin doğulması) 11:00 Müqəddəs messa (ingiliscə) 13:00 Müqəddəs messa (rusca) 19:00 Müqəddəs messa (rusca & ingiliscə) 1. Yanvar 2019 (Çərşənbə axşamı), Məryəm Ananın Bayramı 11:00 Müqəddəs messa (ingiliscə) 13:00 Müqəddəs messa (rusca) […]

3-cü Rəbb günü Advent dövründə               “C”ili

3-cü Rəbb günü Advent dövründə “C”ili

Sef 3, 14-18a

Ey Sion qızı, tərənnüm elə, ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən! Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, artıq pislikdən qorxmayacaqsan! O gün Yerusəlimə deyiləcək: «Qorxma, ey Sion, qoy əllərin taqətdən düşməsin! Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir! Read more about 3-cü Rəbb günü Advent dövründə “C”ili

2-ci Rəbb günü Advent dövründə 	                                                                         “C” ili

2-ci Rəbb günü Advent dövründə “C” ili

Peyğəmbər Baruxun kitabından sözlər (Barux 5,1-9) 

Ey Yerusəlim! Öz kədər və kin libasını əynindən çıxart, Allahdan olan gözəllik izzətini əbədi olaraq geyin. Allahdan olan salehlik libasına bürün, Əbədi Olanın izzət tacını başına qoy. Çünki Allah səma altında olan hər kəsə sənin parlaqlığını göstərəcək. Allahın əbədi olaraq sənə verdiyi ad belə olacaq: «Salehlikdən gələn sülh və möminliyin izzəti».

Read more about 2-ci Rəbb günü Advent dövründə “C” ili

1-ci Rəbb günü Advent dövründə                                                                         “C” ili

1-ci Rəbb günü Advent dövründə “C” ili

Yeremya 33, 14-16

Rəbb bəyan edir: “İsrail və Yəhuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir.

O zaman, o günlər Davud üçün saleh bir pöhrə yetişdirəcəyəm. O, ölkədə ədalət və salehliklə davranacaq. O günlər Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. O, ‹Rəbb salehliyimizdir› deyə çağırılacaq”. Read more about 1-ci Rəbb günü Advent dövründə “C” ili