3-cü Rəbb günü Adi dövrdə                          C ili

3-cü Rəbb günü Adi dövrdə C ili

Nehemya 8, 2-4a. 5-6. 8-10

Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan bütün camaatın qabağına gətirdi.

Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı. Read more about 3-cü Rəbb günü Adi dövrdə C ili

2-ci Rəbb günü Adi dövrdə                             C ili

2-ci Rəbb günü Adi dövrdə C ili

 

Yeşaya 62, 1-5

Salehliyi nur kimi saçanadək, qurtuluşu məşəl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam. Millətlər salehliyini, bütün padşahlar əzəmətini görəcək, Rəbbin ağzından çıxdığı, sənə verdiyi yeni adla çağırılacaqsan. Sən Rəbbin əlində şərəf tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
Read more about 2-ci Rəbb günü Adi dövrdə C ili

İSA MƏSİHİN VƏFTİZİ  		                    C ili

İSA MƏSİHİN VƏFTİZİ C ili

Yeşaya 42, 1-4. 6-7

Budur, Mənim saxladığım, Ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq, əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. Read more about İSA MƏSİHİN VƏFTİZİ C ili

EPİFANİYA BAYRAMI        (yəni Rəbbin zühuru)

EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 60, 1-6)

Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər Sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir! Read more about EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

Məryəm Ananın bayramı

Məryəm Ananın bayramı

Siyahıyaalınma 6, 22-27

Rəbb Musaya dedi: «Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin: “Qoy Rəbb sizə xeyir-dua verib sizi qorusun; Rəbb Öz nurlu üzünü sizə göstərərək lütf versin. Rəbb üzünü sizə tərəf çevirsin, sizə sülh versin”. Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».
Read more about Məryəm Ananın bayramı