17-ci Rəbb günü Adi dövrdə 	                                                                                    C ili

17-ci Rəbb günü Adi dövrdə C ili

Yaradılış 18, 20-32

Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim».

O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. Read more about 17-ci Rəbb günü Adi dövrdə C ili

16-cı Rəbb günü Adi dövrdə 	                                                                             C ili

16-cı Rəbb günü Adi dövrdə C ili

Yaradılış 18, 1-10a 

Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu. O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi: «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə. İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz. Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz». Read more about 16-cı Rəbb günü Adi dövrdə C ili

15-ci Rəbb günü Adi dövrdə 	                                                                                    C ili

15-ci Rəbb günü Adi dövrdə C ili

 

Qanunun Təkrarı 30, 10-14

Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün. Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil. Read more about 15-ci Rəbb günü Adi dövrdə C ili

14-cü Rəbb günü Adi dövrdə 		                                                                   C ili

14-cü Rəbb günü Adi dövrdə C ili

Yeşaya 66, 10-14

Yerusəlimlə birgə sevinin, ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, onunla birgə coşun, fərəhlənin! Siz ananız Yerusəlimin döşlərini əmib, təsəlli tapacaqsınız, doyacaqsınız, onun bol nemətlərindən dadıb zövq alacaqsınız. Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, millətlərin sərvətini daşqın sel kimi ona sarı axıdacağam. Read more about 14-cü Rəbb günü Adi dövrdə C ili