21-ci Rəbb günü Adi dövrdə                                                                                       C ili

21-ci Rəbb günü Adi dövrdə C ili

Yeşaya 66, 18-21

Rəbb bəyan edir: Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. Read more about 21-ci Rəbb günü Adi dövrdə C ili