26-cı Rəbb günü Adi dövrdə 	                                                                          C ili

26-cı Rəbb günü Adi dövrdə C ili

Am 6, 1ab. 4-7

Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar. Ey fil dişi ilə bəzənmiş divanlarda yayxanıb, yataqlarda uzanıb, sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər! Çəng çalıb bədahətən oxuyanlar, guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər, piyalə-piyalə şərab içənlər, bədənlərinə əla yağlar sürtənlər, lakin Yusif nəslinin qırğınına görə narahat olmayanlar! Bundan ötrü sürgünlüyə başda siz gedəcəksiniz. Kürsülərdə yayxananların ziyafətləri başa çatacaq. Read more about 26-cı Rəbb günü Adi dövrdə C ili