26-cı Rəbb günü Adi dövrdə 	                                                                          C ili

26-cı Rəbb günü Adi dövrdə C ili

Am 6, 1ab. 4-7

Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar. Ey fil dişi ilə bəzənmiş divanlarda yayxanıb, yataqlarda uzanıb, sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər! Çəng çalıb bədahətən oxuyanlar, guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər, piyalə-piyalə şərab içənlər, bədənlərinə əla yağlar sürtənlər, lakin Yusif nəslinin qırğınına görə narahat olmayanlar! Bundan ötrü sürgünlüyə başda siz gedəcəksiniz. Kürsülərdə yayxananların ziyafətləri başa çatacaq. Read more about 26-cı Rəbb günü Adi dövrdə C ili

25-ci Rəbb günü Adi dövrdə                                                                                    C ili

25-ci Rəbb günü Adi dövrdə C ili

Amos peyğəmbər kitabından sözlər (8, 4-7 )

Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, Taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, Buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, Aldadıcı tərəzi quraq. Qoy yoxsulları pula, Möhtacları bir cüt çarığa satın alaq, Buğdanın tör-töküntüsünü də sataq”.

Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”.
Read more about 25-ci Rəbb günü Adi dövrdə C ili

24-cü Rəbb günü Adi dövrdə 	                                                                           C ili

24-cü Rəbb günü Adi dövrdə C ili

Çıxış kitabından sözlər (Çıxış 32, 7-11; 13-14)

Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misirdən çıxaran allahlarınız!”» Rəbb Musaya sözünü davam etdi: «Görürəm ki, bu xalq dikbaş xalqdır. Qoy Mən xalqa qarşı qəzəblənib onu yox edim, səndən isə böyük millət əmələ gətirim».
Read more about 24-cü Rəbb günü Adi dövrdə C ili

23-cü Rəbb günü Adi dövrdə                                                                                      C ili

23-cü Rəbb günü Adi dövrdə C ili

Müdriklik kitabından sözlər (Müdriklik Kit 9, 13-18)

Kim Allahın düşüncələrini kəşf edə bilər? Kim Rəbbin istəklərini anlaya bilər? İnsanların düşüncələri qısa və qərarsızdır. Torpaqdan yaranan və çürüməyə məhkum olan bədənimiz min bir fikirlə dolu ruhumuza ağırlıq verir. Dünyadakı hadisələri başa düşməkdə çətinlik çəkirik və bizə yaxın olanları belə çətinliklə başa düşürük. Göylərdə nə olduğunu necə başa düşə bilərsiniz? Read more about 23-cü Rəbb günü Adi dövrdə C ili