27-ci Rəbb günü Adi dövrdə                                                                                    C ili

27-ci Rəbb günü Adi dövrdə C ili

Hab 1, 2-3; 2, 2-4

Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sən isə eşitmirsən. «Zorakılıq var!» deyə fəryad edirəm, lakin qurtarmırsan. Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Haraya nəzər salsam, orada soyğunçuluq və zorakılıq var, davaların, çəkişmələrin sonu yoxdur. Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, qoy hər kəs tez onu oxuya bilsin. Çünki bu görüntü müəyyən vaxt üçündür, başa çatmağa tələsir və yalan deyil. Sanki gecikir, amma gözləyin, çünki hökmən gələcək, gecikməyəcək. Budur, məğrurların niyyətləri düzgün deyil, amma saleh adam imanı ilə yaşayacaq. Read more about 27-ci Rəbb günü Adi dövrdə C ili