30-cu Rəbb günü Adi dövrdə                                                                                  C ili

30-cu Rəbb günü Adi dövrdə C ili

Siraq kitabından sözlər (Sir 35, 15-17. 20-21)

Rəbb, insanlar arasında ayrı-seçkilik etməyən bir hakimdir. O, yoxsulun haqqını yeməz, zərər çəkənin səsini dinləyər. Nə yetimin yalvarışlarını, nə də dul qadının fəryadlarını alçaltmaz. Allaha bütün ürəyi ilə xidmət edən onun rizasını qazanır və duası göylərə qədər yüksəlir. Yoxsulun duası buludları aşıb keçər və duası niyətinə çatmadıqca, yoxsul hüzur tapmaz. Uca Tanrı gözlərini onun üzərinə çevirənə qədər, doğruya haqq verənə qədər və ədaləti bərpa edənə qədər yoxsul duasına son verməz. Read more about 30-cu Rəbb günü Adi dövrdə C ili