34-cü Rəbb günü Adi dövrdə –  İsa Məsih, kainatın padşahı                    C ili

34-cü Rəbb günü Adi dövrdə – İsa Məsih, kainatın padşahı C ili

2 Şam 5, 1-3

İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik. Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan». İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
Read more about 34-cü Rəbb günü Adi dövrdə – İsa Məsih, kainatın padşahı C ili

32-ci Rəbb günü Adi dövrdə                                                                      C ili

32-ci Rəbb günü Adi dövrdə C ili

Makabelərin 2-ci kitabından sözlər (2 Mach 7, 1-2. 9-14)

Padşah Antiyochun dövrdə anaları ilə həbs olunan yeddi qardaş vardı. Padşah, Müqəddəs Qanunla qadağan olunmuş donuz ətini şallaq və işgəncə ilə onlara yedirtmək istədi. Aralarında biri hamısının adından danışaraq belə dedi: “Bizlərdən nə öyrənmək istəyirsən? Atalarımızın qanunlarına qarşı gəlməkdənsə ölməyi seçirik.”
Read more about 32-ci Rəbb günü Adi dövrdə C ili

31-ci Rəbb günü Adi dövrdə                                                                                C ili

31-ci Rəbb günü Adi dövrdə C ili

Müdriklik kitabından sözlər (Müdriklik 11, 23 -12, 1-2) Bütün kainat tərəzidə bir toz zərrəciyi, sabah erkən torpağa düşən bir şeh damlası kimidir. Allahım, bütün insanlara mərhəmət edirsən, çünki gücün hər şeyə çatır. İnsanların günahlarına, onlar sənə yaxınlaşsınlar deyə göz yumursan. Var olan hər şeyi sevirsən və əsərlərindən heç birini xor görmürsən. Çünki hər hansı birindən […]