1-ci Rəbb günü Advent dövründə                                                                                                               A ili

1-ci Rəbb günü Advent dövründə A ili

Yeş 2, 1-5

Son günlərdə Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yolunu öyrətsin, biz Onun yolu ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.  Read more about 1-ci Rəbb günü Advent dövründə A ili