FAQ – Tez-tez verilən suallar

 

başqa sualar >>> (Russian, Türkish, Persian/Farsi, Arabic, English, Spanish, Italian, French, German)

 

Salam, bazar günləri xristiyan olmayanların kilsədə iştrakı qəbul olunurmu? Öncədən təşəkkürlər.

  • bəli.
    (sadəcə nəzərdə tutun ki, Allahın evinə girərkən bizi Yaradana və bizi Sevənə hörmətlə yaxınlaşın). Kilsə 2ci gündən bazar günə qədər saat 10:00-18:00 kimi açıqdır, hər gün müxtəlif adamlar gəlir dua edir, rahat).

Eşitmişəm ki, xristianlar 3 Allaha qəbud edir, elədirmi?

  • yox, Tanrı birdir, O əbədidir, O yaxşıdır, Onu bölmək olmaz, Ondan başqa Allah yoxdur. Bütün məsihçilər (yəni xristianlar) 1ci əsrdən bəri Bir Var Olan Allaha iman edir. Əlbəttə ki, biz insanlar Onun Var Olduğunu tam başa düşə bilmirik, çoxlu şeylər başımıza çatmır, bizim üçün bir sirrdir   ….məhz burda iman lazımdır, hər şey aydın olsaydı, iman lazımsız bir şey olardı.

Mənə deyirlər ki, kilsədə xristian olmaq üçün pul verirlər, doğrudan?

  • yox, belə deyil. Biz iman üçün pul versəydik, öz imanımız olmazdı, axı pul harda və Var Olan Allah harda? Əksinə, insanlar vəftiz olmaq istəsə, uzun müddət (min. 1,5 il) daim və dərin hazırlıq olmalıdır ki, adam axtarsın, yoxlasın, rahat sual versin, onun imanı səmimi olsun. Pul versəydik, adam imana görə yox, pula görə kilsəyə gedərdi, olmaz axı.

Kilsədə rusca danışırsız? Azərbaycan duaları var?

  • hər kəs öz ana dilində Allaha yaxınlaşa bilər, axı məhz buna görə ki, Tək Bir Rəbb-Allah var və Ondan başqası yoxdur. Bütün adamlar bütün dünyada Ondan uzaq deyil, sual budur ki, vicdana baxa-baxa həqiqəti axtarır, yaxşılıq etməyə çalışır yoxsa yox.
    Qısa-konkret: Bakıdakı Katolik kilsəsində dualar həm azərbaycanca, həm rusca həm ingiliscə olur.