Müqəddəs Yazılar (Bibliya)

Rəbb günü oxunuşları

  • İSA MƏSİHİN VƏFTİZİ C ili

    Yeşaya 42, 1-4. 6-7 Budur, Mənim saxladığım, Ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq, əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq.

    Read more İSA MƏSİHİN VƏFTİZİ C ili

    EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

    Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 60, 1-6) Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər Sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir!

    Read more EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)
  • Məryəm Ananın bayramı

    Siyahıyaalınma 6, 22-27 Rəbb Musaya dedi: «Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin: “Qoy Rəbb sizə xeyir-dua verib sizi qorusun; Rəbb Öz nurlu üzünü sizə göstərərək lütf versin. Rəbb üzünü sizə tərəf çevirsin, sizə sülh versin”. Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».

    Read more Məryəm Ananın bayramı

    Müqəddəs Ailənin Bayramı “C”ili

      Sirax kitabından sözlər (Sirax 3, 2-6. 12-14) Rəbb övladlar üzərində ataya şərəf vermişdir, oğullar üzərində anaya haqq vermişdir. Atasına ehtiram göstərən kəsin günahları bağışlanır. Anasına hörmət edən kəs sərvət əldə edən adam kimidir. Atasına ehtiram göstərən öz uşaqlarından sevinc tapacaq. Dua etdiyi gün yalvarışı eşidiləcək. Atasına hörmət edənin ömrü uzun olar, anasına rahatlıq verən […]

    Read more Müqəddəs Ailənin Bayramı “C”ili
  • Milad bayramı (gündüz)

    Yeş 52, 7-10 Sülh xəbəri gətirən, dağları aşıb-gələn Müjdəçinin ayaqları necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir. Qulaq asın! Keşikçilər səslərini ucaldır, birlikdə mədh oxuyur, çünki Rəbbin Siona qayıdışını öz gözləri ilə görür. Ey Yerusəlim xarabalıqları, şənlik edin, birlikdə mədh oxuyun, çünki Rəbb xalqına təsəlli […]

    Read more Milad bayramı (gündüz)

    Milad bayramı (gecə)

    Yeş 9, 2-4. 6-7 Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. Çünki […]

    Read more Milad bayramı (gecə)
  • 4-cü Rəbb günü Advent dövründə “C”ili

    Mikeya 5, 2-5 Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir». Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına qalan qohumları qayıdacaq. Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə duracaq, Rəbbin gücü ilə sürüsünü […]

    Read more 4-cü Rəbb günü Advent dövründə “C”ili

    MILAD BAYRAMI 2018, DUA CƏDVƏLI

    24. Dekabr 2018 (Bazar ertəsi), Milad ərəfəsi 20.00 Müqəddəs messa (rusca) 24:00 Müqəddəs messa (ingiliscə) 25. Dekabr 2018 (Çərşənbə axşamı), Milad Bayramı (İsa Məsihin doğulması) 11:00 Müqəddəs messa (ingiliscə) 13:00 Müqəddəs messa (rusca) 19:00 Müqəddəs messa (rusca & ingiliscə) 1. Yanvar 2019 (Çərşənbə axşamı), Məryəm Ananın Bayramı 11:00 Müqəddəs messa (ingiliscə) 13:00 Müqəddəs messa (rusca) […]

    Read more MILAD BAYRAMI 2018, DUA CƏDVƏLI
  • 3-cü Rəbb günü Advent dövründə “C”ili

    Sef 3, 14-18a Ey Sion qızı, tərənnüm elə, ey İsrail, uca səslə çığır! Ey Yerusəlim qızı, bütün qəlbinlə sevin və fərəhlən! Rəbb sənin cəzanı ləğv etdi, düşmənlərini qovdu! İsrailin padşahı Rəbb səninlədir, artıq pislikdən qorxmayacaqsan! O gün Yerusəlimə deyiləcək: «Qorxma, ey Sion, qoy əllərin taqətdən düşməsin! Allahın Rəbb, Qüvvətli Qurtarıcın səninlədir!

    Read more 3-cü Rəbb günü Advent dövründə “C”ili

    2-ci Rəbb günü Advent dövründə “C” ili

    Peyğəmbər Baruxun kitabından sözlər (Barux 5,1-9)  Ey Yerusəlim! Öz kədər və kin libasını əynindən çıxart, Allahdan olan gözəllik izzətini əbədi olaraq geyin. Allahdan olan salehlik libasına bürün, Əbədi Olanın izzət tacını başına qoy. Çünki Allah səma altında olan hər kəsə sənin parlaqlığını göstərəcək. Allahın əbədi olaraq sənə verdiyi ad belə olacaq: «Salehlikdən gələn sülh və […]

    Read more 2-ci Rəbb günü Advent dövründə “C” ili