Dualar

“İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət»” (Luka 11:1). İsa bu xahişin cavabında onlara “Ey göylərdə olan Atamız” duasını öyrətdi. Yəhudi dualarını yaxşı bilən şagirdlər Müəllimin qeyri-adi duasından heyrətə gəlmişdilər. Axı İsa daim duada olurdu (müqayisə: Luka 5:16). Dua Onun həyatının əsas hadisələrini müşayiət edir: İordan çayında vəftiz olarkən İsa dua edir (Luka 3:21); həvariləri çağırmazdan əvvəl (Luka 6:12); görünüşünü dəyişməzdən əvvəl (Luka 9:28). İsa Peterin möhkəm imanı üçün (Luka 22:31-32), Müqəddəs Ruhun enməsi barədə (Yəh 14:15-17a, 15:26) dua edir. Lazarın dirilməsindən əvvəl (Yəh 11:41) və Yerusəlimə təntənə ilə daxil olmasından əvvəl (Yəh 12:27) dua edir.
Oğulu izzətləndirsin deyə, Sirli Axşamda Ataya dua edir (Yəh 17:1-5); şagirdlər üçün (Yəh 17:6-19) və bütün imanlılar (Yəh 17:20-26) üçün dua edir. Əzab çəkməzdən əvvəl (Luka 22:39, 46), ölərkən isə düşmənləri üçün dua edir (Luka 23:34).
İsa Ataya tabe olaraq dua edir. Ata Onun missiyasını canlandırır: “Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır” (Yəh 4:34). Onun üçün Ata ilə gizli ünsiyyət sevinc və tərifin mənbəyidir: “Ey yerin-göyün Sahibi olan Ata!… Atam tərəfindən hər şey Mənə təslim edildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi hər kəsdən başqa heç kim tanımaz” (Mat 11:25-27). Ataya müraciət edilən dua İsanın yer üzündəki həyatının nəfəsi olub. Baxmayaraq ki, İsa gəlib bizimlə yaşadı, O heç vaxt Atanın evini tərk etmədi, yəni duada Onunla ünsiyyətdən ayrılmadı. Digər tərəfdən bu Oğul birliyi hətta Çarmıxda ölümədək insanlarla xilasedici və mərhəmətli yaxınlığa çevrildi.

İsanın duası indi də bitmir (müqayisə: İbr 7:25). Evxaristiya Liturgiyasında Baş Kahin Məsih Öz fidyə olan Qurbanını Ataya təqdim edir. Kilsə olan Öz Bədəni ilə bu Qurbanı təqdim edir. Bizim hər bir duamız Ataya “Rəbbimiz Məsih vasitəsilə” yüksəldilir. Məhz Məsih duası bütün bizim gizli və ucadan etdiyimiz dualarımızı möhkəmlədir. Kilsə dua edəndə Oğul Atanın dizlərini qucaqlayır. Övladların duası İlk Oğul vasitəsilə Ataya çatır. Tərif, xahiş dualarında yüksəlmiş milyonlarla əl mövcuddur; dua edən səs isə birdir – bu, Oğulun səsidir. Şəkildə Getsamani bağında dua edən İsa təsvir olunub. O, bəşəriyyətin xilası üçün Ataya ali tabeçilikdə Əzabların acı kasasını qəbul edir.

 

Xaç işarəsi
Ata, Oğul və Müqəddəs Ruhun adı ilə. Amin.

Rəbbin duası

Ey göylərdə Olan Atamız!

Adın Müqəddəs tutulsun, Sənin Səltənətin gəlsin, göydə olduğu kimi, yerdə də

Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; və bizə borclu olanları bağışladığımız kimi,

bizim borclarımızı da bağışla.

Və bizi sınağa çəkmə, lakin bizi şərdən
xilas et. Çünki səltənət, qüdrət və izzət

əbədi olaraq Sənindir! Amin.

Mələyin salamı

Salam, mübarək Məryəm!

Rəbb Səninlədir. Sən qadınlar arasında bəxtiyarsan və Sənin bətninin Səmərəsi İsa bəxtiyardır. Müqəddəs Məryəm, Allah Anası,
indi və ölüm saatımızda

biz günahkarlar üçün dua et. Amin.

Müqəddəs Üçlüyə Həmd

Ataya, Oğula və Müqəddəs Ruha

indi də, həmişə də,

əbədi olaraq da həmd olsun. Amin.

Mərhumlar üçün dua

Ya Rəbb, mərhumlara əbədi sülh ver,

Qoy onlara əbədi nur saçsın.

Sülh içində istirahət etsinlər. Amin.

Rəbbin mələyi

Rəbbin mələyi Məryəmə xəbər verdi

– və O, Müqəddəs Ruhdan dölləndi.

Salam, mübarək Məryəm! Rəbb Səninlədir.
Sən qadınlar arasında bəxtiyarsan və Sənin bətninin Səmərəsi İsa bəxtiyardır.
Müqəddəs Məryəm, Allah Anası, indi və ölüm saatımızda

biz günahkarlar üçün dua et. Amin.


Budur, mən Rəbbin quluyam

mənə söylədiyin kimi olsun.

Salam, mübarək Məryəm …

Kəlam cism oldu – və bizimlə yaşadı.

Salam, mübarək Məryəm …

Ey müqəddəs Allah Anası, bizim üçün dua et ki,

– Məsihin vədlərinin

yerinə yetirilməsinə layiq görülək.

Dua edək: Ya Allah, qəlblərimizi Öz lütfünlə doldur ki, mələyin xəbəri vasitəsilə biz Oğlunun cism olmasını bilək, çarmıxda Onun əzabları və ölümü ilə dirilmənin

izzətinə çataq. Bunu Səndən,

Rəbbimiz İsa Məsihin adına diləyirik. Amin.

Həvarilərin Kredosu

İman edirəm. Yeri və göyü yaradan
Külli-ixtiyar Ata Allaha ve Onun Yeganə Oğlu,
Müqəddəs Ruhdan döllənmiş, Bakirə Məryəmdən doğulmuş, Ponti Pilatın hökmü altında əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər aləminə enmiş, üçüncü gün dirilmiş, göylərə qalxmış,
külli-ixtiyar Ata Allahın sağında əyləşmiş,
oradan diriləri və ölüləri mühakimə etməyə gələcək, Rəbbimiz İsa Məsihə iman edirəm. Müqəddəs Ruha, Müqəddəs Ümumdünya Kilsəsinə, müqəddəslərin ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata iman edirəm.
Amin.

Nikeya-Konstantinopol Kredosu

İman edirəm – bir tək Allaha inanıram. Yerin və göyün, görünən və görünməyən bütün varlığları yaradan,
Külli-İxtiyar Ata Allaha inanıram. Əzəldən Atadan dünyaya gəlmiş, Allahın yeganə Oğlu,

bir tək Rəbb olan Məsih İsaya inanıram.

O, Allahdan Allah, Nurdan Nur,

Həqiqi Allahdan Həqiqi Allahdır.

O, doğulmuş, lakin yaradılmamışdır,

Ata ilə eynidir və hər şey onun vəsitəsi ilə yaradılmışdır. Biz, insanlara görə və bizi xilas etmək naminə göydən enmiş, Müqəddəs Ruhun qüdrətilə Bakirə Məryəmdən Vücüd alıb insan olmuşdur. Pontius Pilatus vaxtında bizim üçün acı çəkərək çarmıxa çəkilmiş, ölmüş, dəfn edilmiş və Müqəddəs Yazılara görə üç gündən sonra dirilmişdir. Göyə çıxmış və Atanın sağında oturmaqdadır.

Diriləri və ölüləri mühakimə etmək üçün təkrar gələcək və Onun padşahlığı heç vaxt sona çatmayacaqdır. Peyğəmbərlər vasitəsi ilə danışmış olan Ata və Oğuldan gələn, Ata və Oğul ilə birlikdə sitayiş edilən və ucaldılan,

həyatın qaynağı və Rəbb olan, Müqəddəs Ruha inanıram. Bir olan, Müqəddəs, Ümum-dünya (katolik) və Həvari Kilsəsinə inanıram. Günahların əfv edilməsi üçün tək bir vəftizi qəbul edirəm, ölülərin dirilişini və əbədi həyatı gözləyirəm. Amin.

Himayənə gəlirik

Himayənə gəlirik, ey Müqəddəs Allah Anası,

dərd içində olduqda

dualarımıza həqarətlə yanaşma,

lakin həmişə bütün təhlükələrdən bizi azad et.

İzzətli və Bəxtiyar Bakirə Qız. Amin.

Səmavi Mələkə (Pasxa dövründə oxunur)

Sevin, ey səmavi Mələkə, alleluya,

Çünki bətnində daşıdığın, alleluya,

vəd etdiyi kimi, dirildi, alleluya.

Allaha bizim üçün dua et, alleluya.

Bakirə Məryəm, sevin və şadlan, alleluya,

Çünki Rəbb doğrudan da dirildi, alleluya.

Dua edək: Ey Allah, Oğlunun,

Rəbbimiz İsa Məsihin dirilməsi vasitəsilə

Sən dünyaya sevinc verdin. Səndən diləyirik: Onun Anası, Bakirə Məryəmin havadarlığı ilə əbədi həyatın sevincinə çatmaqda

bizə kömək et. Rəbbimiz Məsih vasitəsilə. Amin.

Rozari

Qədim Romada olduğu kimi orta əsrlərdə də adlı-sanlı adamlar arasında onlara tabe olanların yaxud hörmət edənlərin təqdim etdikləri çiçəklərdən toxunmuş tacı başında gəzdirmək adəti var idi. Kilsə bu adəti ruhani planda tətbiq etməyi və Məryəm Anaya dualardan toxunmuş tac – «Rozari» təqdim etməyi, duada Onu Atanın Qızı, Oğulun Anası və Müqəddəs Ruhun Nişanlısı kimi izzətləndirməyi bizə nəsihət edir.

Adətən Rozari duası zamanı böyük və kiçik muncuq dənələrindən ibarət olan təsbeh istifadə olunur. Dua edənlər əvvəlcə özlərinə xaç işarəsini çəkirlər, sonra balaca xaçın üzərində «İman edirəm» duasını, birinci böyük muncuq dənəsində «Atamız», üç kiçik muncuq dənəsində üç dəfə «Salam, mübarək Məryəm» (iman, ümid və məhəbbətin çoxalması üçün), sonra ilk sirrini adı çəkilir, böyük muncuq dənəsində «Rəbbin duası», kiçik muncuq dənəsində

on dəfə «Salam, Məryəm» və sonda «Müqəddəs Üçlüyə Həmd» mədhiyyəsini söyləyirlər; həmçinin bu müraciətnaməni də sonda əlavə etmək olar: «Əzəldən günahsız olan» Yaxud 1917-ci ildə Məryəm Ananın Fatimada uşaqlara öyrətdiyi duanı söyləmək olar:

«Rəbb İsa Məsih…»

Başlanğıc duası

Rəbb İsa Məsih, Sənə bu Rozarini Adının izzəti üçün Sənin Müqəddəs Ananın şərəfinə və insan ruhlarının xilası üçün təqdim edirəm.

Əzəldən günahsız olan Məryəm,

Sənin yanına gələn

bizlər üçün Allaha dua et.

Rəbb İsa Məsih, bizim günahlarımızı bağışla, cəhənnəm alovundan bizi xilas et və bütün insanları, xüsusilə də,

Sənin mərhəmətinə daha çox

ehtiyacı olanları cənnətə apar. Amin.

 

Sevincli sirlər

1. Məryəmə Xoş Xəbərin verilməsi
2. Bakirə Məryəmin Elizavetə baş çəkməsi
3. İsa Məsihin doğulması
4. Həsretmə
5. Yeniyetmə İsanın Məbəddə taplması
Nurlu sirlər

1. Rəbb İsanın İordan çayında vəftizi
2. İsa Qanadakı toyda ilk möcüzəsini edir
3. Alladın Səltənətinin vəzi və Allaha tərəf donməyə çağırış
4. İsa Məsihin surətinin dəyişilməsi
5. Evxaristiyanın təyin edilməsi
Qəmli sirlər

1. Getsemanidə dua
2. Qamçılanma
3. Tikanlı tacın qoyulması
4. Çarmıx yolu
5. İsa Məsihin çarmıxa çəkilməsi
İzzətli sirlər

1. Dirilmə
2. Göylərə yüksəlmə
3. Müqəddəs Ruhun enməsi
4. Məryəm ananın göyə çəkilməsi
5. Bakirə Məryəmin səmavi izzəti ilə taclanması

Rozarinin son duası

Ey müqəddəs Allah Anası, bizim üçün

dua et ki, Məsihin vədlərinin yerinə yetirilməsinə layiq görülək.

Dua edək: Ey Allah, Yeganə Oğlun Öz həyatı,

ölümü və dirilməsi bahasına, bizə əbədi xilasın rifahını əldə etdi. Qoy biz Müqəddəs Bakirə Məryəmin Rozari sirlərinə ehtiram edərək, burada düşündüklərimizə bənzəyək və onların vəd etdiklərini əldə edək.

Rəbbimiz İsa Məsih vasitəsilə. Amin.

Allah Mərhəmətinə rozari duası

başlanğıcda:

Atamız”, “Salam Məryəm”, “İman edirəm”:

böyük muncuq dənəsində:

Əbədi Ata, Sənə bizim

və bütün dünyanın günahlarının əfvi üçün

* Sevimli Oğlun, Rəbbimiz İsa Məsihin,

Bədəni və Qanını, Canını və İlahiliyini təqdim edirəm.

kiçik muncuq dənəsində on dəfə:

Onun əzabları xətrinə * bizə və bütün dünyaya qarşı mərhəmətli ol.

son duası:

Müqəddəs Allah, Müqəddəs Güclü,

Müqəddəs Ölməz, * bizə və bütün dünyaya qarşı mərhəmətli ol.

Gəl, ey Müqəddəs Ruh

Göndər sonsuz işığın, səmavi şüasını.

Gəl, ey yetimlər Atası.

Gəl, ey nemətlər qaynağı. Gəl, ey qəlbin nuru.

Sən gerçək təsəlliçi, Sən səxavətli qəlblərin,

Nurlu Qonağı varsan, incə sərinlik Sənsən.

Zəhmətdən dinc rahatlıq, bürküdə təravət mehi,

Ağlayan zaman təsəlli, səmanın mübarək Nuru.

Nur çilə sadiqlərin, möminlərin qəlbinə.

Yardımın olmadan, insanın gücü olmaz,

Şərdən savunma olmaz.

Yu təmiz olmayanı,

islat quruyub qalanı,

Sağalt zərər dəyəni,

yumşalt qəddarlaşanı,

Qızdır üşüyüb donanı,

düz yola qoy azanı.

Bütün etiqadçılarına

möhkəm təvəkkül ver

Yeddiqat müqəddəslik ver,

heyrətamiz mükafat ver

Xilasedici çıxış ver

və əbədi səadət ver.

Amin.

Rəbb İsa Məsih,

Sən mənim Rəbbimsən,

Sən mənim Həyatımsan.

İman edirəm ki, məni sevə-sevə

Həyatıma gelmək istəyirsən.

Mənə şəfa vermək,

Məni xilas etmək istəyirsən.

Gəl ürəyimə, gəl həyatıma,

Gəl canıma, gəl sözlərimə.

Qoy mən də Səni sevim,

Dünəndən çox, sabahdan az.

Məsihin Qəlbi, məni təqdis et.

Məsihin Bədəni, məni xilas et.

Məsihin Qanı, məni suvar.

Məsihin qabırğasından axan su, məni yu.

Məsihin əzabları, məni möhkəm edin.

Ey xeyirxah İsa, məni eşit.

Yaralarında məni gizlət.

Qoyma Səndən uzaqlaşım.

Şər düşməndən məni qoru.

Ölüm saatımda məni çağır

və Yanına gəlməyi mənə əmr et ki,

Sənin müqəddəslərinlə

Səni əbədi olaraq mədh edim.

Amin.

Litaniya (Bütün müqqədəslərə yalvarışlar)

(: Rəbb, bizə rəhm et. 🙂 2x

(: İsa Məsih, bizə rəhm et. 🙂 2x

(: Rəbb, bizə rəhm et. 🙂 2x

Məryəm, Allahın anası, bizim üçün dua et!

Mikael, bizim üçün dua et!

Allahın mələkləri bizim üçün dua edin!

Yəhya vəftizçi bizim üçün dua et!

Yusif bizim üçün dua et!

Peter və Pavel bizim üçün dua edin!

Andrey bizim üçün dua et!

Yəhya bizim üçün dua et!

Bartalmay bizim üçün dua et!

Məsihin şagirdləri bizim üçün dua edin!

Məryəm Məcdalı bizim üçün dua et!

Ştefan bizim üçün dua et!

İgnatius bizim üçün dua et!

Luçia bizim üçün dua et!

Avqustin bizim üçün dua et!

Bazil bizim üçün dua et!

Fransisk və Dominik bizim üçün dua edin!

Klara bizim üçün dua et!

don Bosko bizim üçün dua et!

Maria Dominika bizim üçün dua et!

Dominik və Laura bizim üçün dua edin!

Bütün müqəddəslər bizim üçün dua edin!

(: Rəbb, mərhəmətli ol! 🙂 2x

Hər pislikdən *

Hər günahdan *

Əbədi ölümdən *

Sənin təcəssümünə görə *

Sənin ölümünə və dirilişinə görə *

Müqəddəs Ruhu verdiyinə görə *

Bizə, günahkarlara rəhm et *

Sənin seçdiyin övladına yeni həyat ver *

İsa Məsih, Allahın Oğlu *

(: Rəbb, bizim dualarımızı eşit! :) 2x

Litaniae Lauretanae

Məryəm Anaya yalvarışlar

(: Ya Rəbb, bizə rəhm et. 🙂

(: İsa Məsih, bizə rəhm et. 🙂

(: Ya Rəbb, bizə rəhm et. 🙂

Ey Məsih, dinlə bizi * Ey, Məsih, eşit bizi.

Tanrı – Səmavi Ata *

Tanrı – Oğul, dünyanın Xilaskarı *

Tanrı – Müqəddəs Ruh *

Müqəddəs Üçlük, tək Tanrı *

Müqəddəs Məryəm (bizim üçün dua et)

Müqəddəs Allah Anası (bizim üçün dua et)

Bakirələrin Müqəddəs Bakirəsi (…)

Məsihin Anası

Kilsənin Anası

İlahi lütfün Anası

Tər-təmiz Ana

Çox iffətli Ana

Hər zaman Bakirə Ana

Günahsız Ana

Məhəbbətə layiq Ana

Heyran olunmağa layiq Ana

Yaxşı məsləhətin Anası

Yaradanın Anası

Xilaskarın Anası

Çəx təmkinli Bakirə

Ehtirama layiq Bakirə

Müjdələnməyə layiq Bakirə

Vəsatətçilikdə güclü Bakirə

Mərhəmətli Bakirə

İmanla zəngin Bakirə

Ədalət aynası

Hikmətin mərkəzi

Xoşbəxtliyimizin səbəbi

Müqəddəs Ruhun məskəni

Şərəf məskəni

Sirli Qızılgül

Davud Qülləsi

Şirmayı Qülləsi

Qızıl ev

Əhd sandığı

Səmanın qapısı

Dan ulduzu

Xəstələrin şəfası

Günahkarların sığınacağı

Acı çəkənlərin təsəllivericisi

Məsihçilərin köməkçisi

Mələklərin Kraliçası

Ata-babaların Kraliçası

Peyğəmbərlərin Kraliçası

Həvarilərin Kraliçası

Şəhidlərin Kraliçası

İman şahidlərinin Kraliçası

Bakirələrin Kraliçası

Bütün müqəddəslərin Kraliçası

Günahsız yaradılan Kraliça

Səmalara çəkilmiş Kraliça

Müqəddəs rozarinin Kraliçası

Ailənin Kraliçası

Sülhün Kraliçası

Üzərinə dünyanın günahlarını götürən

Allahın Quzusu * Rəbb, bizə rəhm et

Üzərinə dünyanın günahlarını götürən

Allahın Quzusu * Rəbb, bizi dinlə

Üzərinə dünyanın günahlarını götürən

Allahın Quzusu * Rəbb, bizə mərhəmət et

Müqəddəs Allah Anası, bizim üçün dua et ki

* Məsihin vədlərinə layiq olaq

Dua edək:

Rəbb Tanrımız, möminlərinin hər zaman bədənən və ruhən sağlam olmalarını təmin et və həmişə bakirə, çox müqəddəs Məryəmin

şanlı vəsatətçiliyi ilə bizi kədərləndirən

pisliklərdən xilas et, bizi əbədi sevincə qovuşdur. Bunu, Rəbbimiz

İsa Məsihin

adı ilə səndən diləyirik.

Amin.

Sülh üçün dua

(Müqəddəs Assizili Fransisk)

Rəbbim, Məni Öz sülhünün aləti et.

Nifrət olan yerdə qoy sevgi,

Ədalətsizlik olan yerdə – əfvi,

İnciklik olan yerdə – bağışlama,

Yalan olan yerdə – həqiqəti,

Ümidsizlik olan yerdə – ümidi,

Qaranlıq olan yerdə – nuru,

Kədər olan yerdə – sevinci əkim.

Ey, İlahi Ağam,
mənə kömək et ki,

təsəlli almaqdansa

daha çox təsəlli verə bilim,

başa düşülməkdənsə,
başa düşüm,

sevilməkdənsə, sevim.

Çünki biz verərkən
əldə edirik,

Bağışlayarkən bağışlanırıq,

Ölərkən əbədi həyat üçün doğuluruq.

Qoruyucu mələyə dua

Ey məni qoruyan Allahın Mələyi,

həmişə yanımda dayan,

səhər, axşam, gündüz, gecə

mənim köməyimə tələs,

hər bir şərdən məni qoru,

əbədi həyata çatdır.

Amin.

Allahın mələyi

Ey məni qoruyan Allahın Mələyi,

məni nurlandır, qoru,

istiqamətləndir və apar,

çünki mən səmavi xeyirxahlığa görə

sənin himayənə verilmişəm. Amin.

Səhər duası

Tanrım qarşında əyilir və bütün qəlbimlə

Səni sevdiyimi bildirirəm.

Məni yaratdığın, mənə iman verdiyin
və bütün gecə məni qoruduğun üçün

Sənə təşəkkür edirəm.

Gün ərzində edəcəyim bütün işlər Sənin iradənlə olub, ucalığını artırsın.

Məni günah işləməkdən qoru.

Lütfün mənimlə və bütün sevdiklərimlə olsun. Amin.

Axşam duası

Tanrım qarşında əyilir və bütün qəlbimlə

Səni sevdiyimi bildirirəm.

Məni yaratdığın, mənə iman verdiyin
və bütün günü məni qoruduğun üçün

Sənə təşəkkür edirəm.

Məni yatarkən də bütün təhlükələrdən qoru və səhv etsəm bunu əfv et.

Lütfün mənimlə və bütün sevdiklərimlə olsun. Amin.

İki Məhəbbət əmri

Rəbb Allahı bütün qəlbinlə,

bütün varlığınla və bütün düşüncənlə sev.

Yaxınını özün kimi sev.

Allahın on əmri

1: Məndən başqa allahların olmasın

2: Rəbb Allahın adını boş yerə dilinə gətirmə

3: Bayram günlərini

təqdis etmək borcunu yadda saxla

4: Ata-anana hörmət et

5: Qətl etmə

6: Zina etmə

7: Oğurluq etmə

8: Yalan şahidlik etmə

9: Heç kimin arvadına tamah salma

10: Heç kimin əmlakına tamah salma

Bir işə başlamazdan öncə oxunan dua

Hər Şeyə qadir Olan Allahım,

gün boyu qəlblərimizi, bədənlərimizi,

duyğularımızı, hərəkətkərimizi,

sözlərimizi yönləndir və təqdis et.

Verdiyin əmrlərə görə yaşayaq və işləyək,

belə ki, indi Sənə layiq olub

əbədi həyatda da Səninlə birlikdə yaşayaq.

Amin

Yeməkdən öncə oxunan dua

Bütün Yaradılışı Sevən,

göylərdəki quşlara yemini verən,

təbiəti gözəlliklərlə təchiz edən Allahım,

bütün bu yaratdiqların üçün Sənə şükr edirik.

Bizə verdiyin bu yeməklər üçün də

Səni tərənnüm edir və Şanına tərif deyirik.  

Yer üzündəki bütün qullarından

lazımlı qidaları əsirgəmə. Amin

Yeməkdən sonra oxunan dua

Allahım, bizə verdiyin bütün yeməklər üçün

Sənə Şükr edirik.

Birlikdə bölüşdüyümüz bu çörəklə həm Sənə,

həm qardaş-bacılarımıza

və həm də bütün insanlara sevgi ilə

bağlı olaq. Amin

Rəbb-Allahın tərənnümləri

(Müqəddəs Assizili Fransisk)

Möcüzələr yaradan Tanrım,

yalnız Sən Müqəddəssən.

Sən güclüsən, Sən böyüksən, Sən izzətlisən. Sən hər şeyə qadirsən.

Sən yerin və göyün padşahı,

Müqəddəs Atamsan. Tanrım, Sən yaxşılıqsan. Sən bütöv yaxşılıqsan. Həqiqi və canlı Tanrım, Sən ən üstün yaxşılıqsan, Sən sevgisən,

Sən məhəbbətsən, Sən biliksən,

Sən təvazökarlıqsan, Sən səbrsən,

Sən rahatlıqsan, Sən müdafiəsən.

Sən sevinc və ürəklərin həzzisən,

Sən doğruluq və ahəngsən,

Sən şirinlərdən şirinsən.

Sən sığınacağımızsan,

Sən qoruyucumuz və gözətçimizsən.

Sən qüvvətsən, Sən genişliksən.

Sən ümidimizsən,

Sən ən böyük mehribanlığımızsan.

Heyranlıq duyduğumuz böyük Rəbb,

hər şeyə qadir Tanrı, mərhəmətli mehriban Xilaskar, Sən əbədi həyatımızsan.

Müqəddəs Mələk Mikaelə dua

Müqəddəs Baş Mələk Mikael,

iblisin hiylə və fitnəsinə qarşı olan savaşda bizi qoru, bizim havadarımız ol.

Qoy Rəbb şeytana əmr etsin,

həlimliklə xahiş edirik,

Sən isə, səmavi orduların Şahzadəsi,

qəlbləri məhv etmək üçün dünyanı sərsəri

gəzib dolaşan şeytanı və digər pis ruhları,

Allahın gücü ilə cəhənnəmə göndər. Amin.

Məhəbbətin etirafı

Rəbb Allah, Səni hər şeydən çox sevirəm və qonşumu Sənə görə sevirəm, çünki Sən ən yüksək, sonsuz və ən kamil xeyirxahlıqsan, hər bir məhəbbətə layiqsən.

Sənin məhəbbətində yaşamağı və ölməyi qərara alıram. Amin.

Günahlara görə kədərlənmə

Ey Allahım, günah etməklə cəzaya layiq olduğumu anladığıma görə deyil, həmçinin hədsiz xeyirxah və hər şeydən çox məhəbbətə layiq olan Səni təhqir etdiyimi anladığıma, günahlarıma görə bütün ürəyimlə tövbə edirəm. Buna görə Sənin lütfünün köməyi ilə
daha günah etməməyi və günaha aparan vəziyyətlərdən yan keçməyi

qəti qərara alıram. Amin.

Tövbə

Rəbb, günah etdiyim üçün peşmanam,

islah olmaq və günahlarımın bağışlanmasını istəyirəm. Rəbb, mən günahkara qarşı mərhemətli ol. Rəbb İsa Məsih,

mən günnahkarı bağışla.

Şəfa duası

Uca Rəbbim, mənə şəfa ver!

Ürəyimə şəfa ver ki, ancaq özüm üçün çarpmasın, Sənin Sevginin Ruhuna açılsın. Dilimə şəfa ver ki, heç kimi incitməsin,

təsəlli verən sözlər danışsın.

Ayaqlarıma şəfa ver ki, büdrəməsinlər,

yeni yollarda da sağlam addımlar atsınlar.

Gözlərimə şəfa ver ki, ancaq önünə baxmasın, baş verən hadisələrin

əsl mənasını ürəyinə daşıya bilsin.

Qulaqlarıma şəfa ver ki, bağlı qalmasınlar, kasıbların və çarəsizlərin fəryadlarını eşidə bilsinlər. Əllərimə şəfa ver ki, məyus olduğu zaman qoynumda düyünlənən yumru yox, yardım etmək üçün başqasına uzanan əllər olsun. Zehnimə şəfa ver ki, donmasın,

Sənin sözlərinin izləyicisi olsun.

Mənə şəfa ver ki, Mən də şəfa verə bilim. Amin.

>>> Türk dilində dualar <<<
Save

Save

Save

Save

Leave a Reply

Your email address will not be published.