Ərafda ki, insan canları üçün indulgensiya almaq imkanı

 

Ərafda ki, insan canları üçün indulgensiya almaq imkanı

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, ərafda olan insan canları üçün tam indulgensiya əldə etmək üçün, ibadətçilərin təhlükəsizliyinə zəmanət verən şərtlərə uyğun olaraq bütün noyabr ayı üçün uzadıldı.

1. İmanlıların məzarlığı ziyarət edərək mərhumlar üçün dua etməklə əldə etmək istədikləri tam indulgensiya, kilsə qaydaları ilə müəyyənləşdirildiyi kimi 1-8 noyabr tarixlərində deyil, noyabrın istənilən günü əldə edilə bilər.

2. Noyabr 2-si Mərhumların xatirəsinin anım günündə kilsəni ziyarət edərək “Atamız” “İman rəmzi” dua etməklə tam indulgensiyanın əldə olunmasını istəyənlər, həm sadiq şəxs tərəfindən sərbəst şəkildə seçilən noyabr ayının başqa bir günündə əldə oluna bilər

(İndulgensiyanı əldə etməyin ümumi şərtlərini xatırladırıq: Tövbə sirri qəbul etmək, Evxaristiya birləşməsi almaq, Müqəddəs Atanın ehtiyacları üçün dua etmək, və özünü günahdan uzaqlaşdırmaq gərəkdir). 

3.Yaşlılar, xəstələr və epidemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərə görə evdən çıxa bilməyənlər, ruhani cəhətdən digər sadiqlərə qoşularaq mərhumalar üçün tam indulgensiya əldə edə bilərlər, özlərini günahdan tamamilə uzaqlaşdırmalı və ilk fürsətdə indulgensiya yerinə yetirmək niyyətində olmalıdırlar. İndulgensiya üçün şərtlər. İsa və Müqəddəs Bakirə Məryəmin simasının qarşısında mərhumlar üçün dualar oxumalı, məsələn, Səhər mədhlərindən və ya Axşam mədhlərində zəburlar, Allahın Mərhəmətinə rozari duası, və ya Məryəm ananın rozarilərindən, və yaxud Liturgiyanın İncildən Mərhumlar üçün təklif edilən hissəsini oxumağa vaxt həsr edə bilərlər və ya öz həyatlarının xəstəliklərini və çətinliklərini Allaha təqdim edərək bir mərhəmət işi yerinə yetirə bilərlər.