Peyğəmbərlər

Allahın bəşəriyyət ilə münasibətlərinin tarixində müxtəlif peyğəmbərlər olub. Əhdi Ətiqə və Əhdi Cədidə görə həqiqi peyğəmbər o kəsdir ki, Rəbbin ruhu onun üzərinə enir və o Müqəddəs Ruhun gücü və ilhamı ilə peyğəmbərlik edir.

Həm Əhdi-Ətiqdə, həm Əhdi-Cədiddə hətda qadın olan peyğəmbərlər var.
(Çıx 15:20, Hak 4:4, Lk 2:36, Həv 21:9);
eyni zamanda, peyğəmbərlər cəmiyyətləri də olub.
(1Sam 10:5, 1Pad 22:10, 1Saln 25:1, Həv 19:6, 1Kor 14:5).
Peyğəmbər olmaq bir vəzifə deyil, və tam günahsız, güsursuz və kamil şəxsiyyət anlamına gəlmir. Allah istədiyi insanı seçib, ona tapşırıq verir, onu başqaların yanına Onun kəlamını çatdırmağa göndərir. Tarix boyu yalançı peyğəmbərlər də var idi, Var Olan Rəbb-Allah
öz xalqına tapşırırdı ki, hər adama ya ruha inanmasın
və peyğəmbərlərin Allahdan olub-olmadığını yoxlasın.

Peyğəmbərin imtahanı:

Qanunun təkrarı 13:5

Əgər aranızdan bir peyğəmbər yaxud bir röya görən çıxıb sizə bir əlamət ya da möcüzə olacağını söyləyərsə, sonra “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərsə, bəhs etdiyi əlamət və ya möcüzə həyata keçsə də, belə peyğəmbərin yaxud röya görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allahınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi? Siz Allahınız Rəbbin ardınca gedin və Ondan qorxun. Onun əmrlərinə əməl edib sözlərinə qulaq asın, Rəbbə sitayiş edərək Ona bağlı qalın.

Qanun təkrarı 18:20

Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”. “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz. Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir.
O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın.

Misal:

Yalançı peyğəmbər Xananya
Həmin il Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində – dördüncü ilinin beşinci ayında Giveonlu Azzur oğlu Xananya peyğəmbər Rəbbin məbədində, kahinlərin və bütün xalqın önündə mənə söylədi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım. Əvvəl Rəbbin məbədində olan, Babil padşahı Navuxodonosorun buradan götürüb Babilə apardığı bütün əşyaları iki il ərzində bu yerə qaytaracağam. Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”». O zaman Yeremya peyğəmbər kahinlərin və Rəbbin məbədində dayanan bütün xalqın önündə Xananya peyğəmbərə cavab verib söylədi: «Amin! Qoy Rəbb belə etsin! Qoy Rəbb Öz evinin əşyalarını, sürgün olunmuş bütün adamları Babildən buraya qaytararaq söylədiyin peyğəmbərlik sözlərini yerinə yetirsin! Ancaq indi sən və bütün xalq eşidərkən deyəcəyim bu sözə qulaq as:
8 qədim zamanlardan bəri məndən və səndən əvvəl yaşayan peyğəmbərlər bir çox ölkələrin və böyük padşahlıqların əleyhinə müharibə, fəlakət və vəba olacağını qabaqcadan söylədi. Əgər salamatlıq olacağını söyləyən peyğəmbərin sözü doğru çıxarsa, həqiqətən, onun Rəbbin göndərdiyi peyğəmbər olduğu bilinər». O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı. Xananya bütün xalqın önündə söylədi: «Rəbb belə deyir: “İki il ərzində Babil padşahı Navuxodonosorun boyunduruğunu bütün millətlərin boynundan götürüb beləcə qıracağam”». Yeremya isə öz yoluna davam etdi. Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdıqdan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: «Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”. Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”». Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın. Buna görə də Rəbb belə deyir: “Bax Mən səni yer üzündən yox edəcəyəm. Bu il öləcəksən, çünki xalqı Rəbbə qarşı üsyana təhrik etdin”». Xananya peyğəmbər həmin ilin yeddinci ayında öldü.

Yeremya peyğəmbər (Yer 28) – E.ə. 6-7 əsrdə

Məsih barədə peyğəmbərlər tərəfindən qabaqcadan verilən xəbərlər

O, Şeytanın başını vuracaq

Rəbb Allah ilana dedi:

Mən səninlə qadın arasına, Sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan.

Musa peyğəmbər (Yaradılış 3:15) – E.ə. 12 əsrdə

>>>

Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir. Günahını davam etdirən şəxs iblisdəndir, çünki iblis başlanğıcdan bəri günah edir. Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın. (İncil, 1Jn 3:8)

Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun! (İncil, Rom 16:20)

…budur, Bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel (“Tanrı aramızdadır”) qoyacaq.

Yeşaya peyğəmbər (Yeş 7:14) – E.ə. 7 əsrdə

>>>

…mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur».
Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi. (İncil, Lk 1:26-38)

 

Rəbb Özü səni xilas edəcək

Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var.
Ey İsrail, O səni bütün təqsirlərindən azad edər!

Davud peyğəmbər (Zəbur 130:7-8) – E.ə. 10 əsrdə

İsa. Adın İbranicəsi Yehoşua (יְהוֹשֻׁעַ‎) “Yahve (Rəbb) xilas edir” deməkdir, Yehoşuanın Yunancası “İsus”-dur, bunun da Ərəbcə forması “Yesua” və Suriya dilində “İsa”-dır. Müsəlmanlar ona “İsa” deyirlər, çünki islam dini xristianlıq haqqda bəzi ilkin məlumatları süryanilərdən alıb.

O, Bet-Lexemdə doğulacaq

«Ey Bet-Lexem Efrata, sən Yəhuda nəsillərinin kiçiyi olsan da, Mənim üçün İsrail üzərində Hökmdar səndən çıxacaq. Onun nəsli çox qədimlərə, zamanın başlanğıcına gedir». Hamilə qadın doğana qədər Rəbb Öz xalqını təslim edəcək. İsrail övladlarının yanına qalan qohumları qayıdacaq. Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq, Rəbbin gücü ilə sürüsünü otaracaq. Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq, xalq onun bəxş etdiyi sülhlə yaşayacaq.

Mikeya peyğəmbər (Mik 5:2) – E.ə. 7 əsrdə

>>>

Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. (İncil, Lk 2:4)

Məsih körpə kimi doğulacaq, ancaq “qüdrətli Allah” olacaq

Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.

Yeşaya peyğəmbər (Yeş 9:6-7) – E.ə. 7 əsrdə

O, padşah Davudun nəslindən doğulacaq

«Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək, Ölkədə ədalətli və saleh işlər görəcək» Rəbb belə bəyan edir. «Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar».

Yeremya peyğəmbər (Yer 23:5) – E.ə. 6 əsrdə

>>>

Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. (İncil, Lk 2:4)

Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şə

Mənə səcdə edənlər Kuş çaylarının o tayından
Mənə təqdimlər gətirəcək.

O zaman Mən xalqların nitqini dəyişib, Onlara pak dil verəcəyəm ki, Hamı Rəbbin adını çağırsın, Mənə çiyin-çiyinə xidmət etsinlər. Qürbətə dağılmış, Mənə səcdə edənlər Kuş çaylarının o tayından Mənə təqdimlər gətirəcək. O gün sən, ey xalqım, Mənə qarşı üsyankarlıq etdiyinə görə Daha xəcalətli olmayacaqsan. Çünki qürurlu, təkəbbürlü adamları Sənin arandan uzaqlaşdıracağam, Müqəddəs dağımda bir daha təkəbbürlü olmayacaqsan. Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam,Onlar Rəbbin adına pənah gətirəcək.

Sefaniya peyğəmbər (Sef 2:9-13) – E.ə. 8-7 əsrdə

>>>

O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. Onlar ulduzu gördükləri vaxt çox sevindilər. Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. 
 (İncil, Matta, 2:9-12)

Davudun nəslindən olan Ali Hakim

Davud nəslinin açarını onun çiynindən asacağam, açdığını heç kim bağlaya bilməyəcək, bağladığını heç kim aça bilməyəcək.

Yeşaya peyğəmbər (Yeş 22:22) – E.ə. 7 əsrdə

>>>

…Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir:… (İncil, Yəhya peyğəmbər, Vəhy 3:7) – B.ə. 1 əsrdə

Vəfalı və əbədi Baş kahin

Mən isə Özümə istəklərimi və arzularımı yerinə yetirən vəfalı bir kahin seçəcəyəm. Onun nəslini əbədiləşdirəcəyəm. Məsh etdiyimin önündə o xidmət edəcək.

Şamuel peyğəmbər (1 Şam 2:35) – E.ə. 11 əsrdə

>>>

Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin. Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər. İncil (İbr 2:17-18)

Yesseyin kötüyündən.
Ona Nazaretli deyiləcək.

Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq. …O, belini salehliklə qurşayacaq, sədaqəti kəmər kimi taxacaq.

Yeşaya peyğəmbər (Yeş 11:1-2 5) – E.ə. 7 əsrdə

>>>

…Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. (İncil, Həv 13:22)

Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. (İncil, Mt 2:25)
(İbranicə Nazaret və fidan sözlər eyni kökündəndir: Nazaret =נצרת zoğ, fidan = לירות )

Öz oğlumu Misirdən çağırdım.

Huşə peyğəmbər (Huş 11:1) – E.ə. 8 əsrdə

>>>

Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. Hirod ölənə qədər orada qaldı. (İncil, Mt 2:15)

Canımı almaq üçün qəsd qurub

Çox adamların pıçıltısını eşidirəm, hər tərəfimi dəhşət alıb,
hamı əleyhimə əlbir olub, canımı almaq üçün qəsd qurub.

Davud peyğəmbər (Zəbur 31:13) – E.ə. 10 əsrdə

>>>

Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları
İsanı edam etmək üçün məşvərət etdilər. İncil (Mt 27:1)

O, kor, axsaq və karlara şəfa verəcək

Zəif əllərə qüvvət verin, əsən dizləri möhkəmləndirin.
Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın!
Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!» O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq.

Yeşaya peyğəmbər (Yeş 35:1) – E.ə. 7 əsrdə

>>>

İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: Korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»

O, dostu tərəfindən xəyanətə məruz qalacaq

Əgər məni düşmən təhqir etsəydi, dözərdim, yağı qarşımda qürrələnsəydi, gizlənərdim. Amma bunu sən etdin, ey rəfiqim, ey yoldaşım, ürək həmdəmim.

Davud peyğəmbər (Zəb 55:12-14) – E.ə. 10 əsrdə

>>>

İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı. Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?» İncil, Lk 22:48

“Çörəyimi yeyən mənə xəyanət etdi”

Hətta etibarlı saydığım ən yaxın dostum,
çörəyimi yeyən mənə xəyanət etdi.

Davud peyğəmbər (Zəbur 41:9) – E.ə. 10 əsrdə

>>>

Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin… İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək»… Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi.
İncil (Yəh 13, 18, 21, 25-30)

O, əziyyət çəkəcək və nifrət görəcək

Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi O çəkdi, dərdlərimizi Öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün O cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qırxımçıların qabağında dilsiz qoyun kimi ağzını açmadı.

Yeşaya peyğəmbər (Yeş 53:2-7) – E.ə. 7 əsrdə

Onun ardıcılları Onu tərk edəcək

Zəkəriyyə peyğəmbər (Zək 13:7) – E.ə. 6 əsrdə

«Çobanı vur, qoyunları pərən-pərən olsun.

>>>

İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam, Qoyunlar pərən-pərən olacaq”. İncil Mk 14:27

O, mismarlar və nizə ilə “deşiləcək”

Ayaqlarımı, əllərimi deşdilər.

Davud peyğəmbər (Zəb 22:16) – E.ə. 10 əsrdə

&

Onlar Mənə – bədənini deşdikləri şəxsə baxacaq
və vahid oğluna yas tutan adam kimi ona yas tutacaq,
ilk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcək.
O gün Yerusəlimdə böyük matəm olacaq…

Zəkəriyyə peyğəmbər (Zək 12:10) – E.ə. 6 əsrdə

>>>

Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. …Yəh 19:23

>>>

əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. Yəh 19:34

>>>

İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər. Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər. Mk 15:24

>>>

Əsgərlər Onu çarmıxa çəkdilər… Mt 27:35

>>>

Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər.
Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Lk 23:33-34a

O əzab çəkəndə susayacaq

Saxsı parçası kimi gücüm qurudu, dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin.

Davud peyğəmbər (Zəbur 22:15) – E.ə. 10 əsrdə

>>>

Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi
və başını əyib ruhunu tapşırdı. İncil (Yəh 19:28-30)

Ona öd və sirkə verdilər…

Mənə yemək əvəzinə öd verdilər, susayanda sirkə içirtdilər.

Davud peyğəmbər (Zəbur 69:21) – E.ə. 10 əsrdə

>>>

Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. İncil (Mt 27:34)

…onun bir sümüyü də qırılmasın.

Musa peyğəmbər (Ex 12:46) – E.ə. 12 əsrdə

Şər insanlar dəstəsi məni dövrəyə aldı, it sürüsü kimi yan-yörəmi bürüdülər, ayaqlarımı, əllərimi deşdilər. Sümüklərimi saya bilirəm,
Onlar baxırlar, gözlərini mənə zilləyirlər!

Davud peyğəmbər (Zəbur 22:16-17) – E.ə. 10 əsrdə

>>

Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın,
sonra isə o biri adamın baldırlarını qırdılar. İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar.
Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi,
o anda oradan qan və su axdı. (Yəh 19:1)

Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk atırlar.

Davud peyğəmbər (Zəb 22:18) – E.ə. 10 əsrdə

>>>

Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər.
Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı «Aralarında paltarlarımı bölüşdürdülər, Geyimim üçün püşk atdılar» sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər. İncil (Yəh 19:23-24)

“Ruhumu Sənin əlinə verirəm!”

Davud peyğəmbər (Zəbur 31:5) – E.ə. 10 əsrdə

>>>

İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi. İncil (Lk 23:46)

Qurbanda kəffarə edən qandır…

…çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır.

Musa peyğəmbər (Lev 17:11) – E.ə. 12 əsrdə

>>>

Çünki bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. İncil (Mt 26:28)

Yunus peyğəmbər kimi: üç gün-üç gecə

Yunus üç gün-üç gecə balığın qarnında qaldı. (Yun 1:17)
Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. (Yun 3:5)

Yunus peyğəmbər – E.ə. 8 əsrdə

>>>

Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq. Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır. İsa Məsih (Mt 12:40-41)

…üçüncü gün dilirəcək

«Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək.
O bizi yaraladı, O da yaramızı sarıyacaq.
İki gün sonra bizi dirildəcək, üçüncü gün ayağa qaldıracaq,
Onun hüzurunda yaşayacağıq.

Huşə peyğəmbər (Huş 6:2) – E.ə. 8 əsrdə

O diriləcək

Çünki məni ölülər diyarına atmazsan,
mömin insanını qəbirə salmazsan.

Davud peyğəmbər (Zəb 16:10, 30:3) – E.ə. 10 əsrdə

…günahsız Məsh Olunan 1-ci əsrdə həlak olacaq

Altmış iki yeddiillik dövrdən sonra günahsız Məsh Olunan həlak olacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. (Yerusəlim şəhəri və məbədi 70 ildə viran olub)

Daniel peyğəmbər (Dan 9:26) – E.ə. 6 əsrdə

O, cinayətkarlarla birgə edam ediləcək

Yeşaya peyğəmbər (Yeş 53:12) – E.ə. 7 əsrdə

>>>

İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı. (Lk 23:32)

Dövlətli adamın yanında dəfn olundu

Yeşaya peyğəmbər (Yeş 53:9) – E.ə. 7 əsrdə

>>>

Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi. O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi. O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu.
(İncil, Lk 23:53)

Amma mən bilirəm ki, Satınalanım yaşayır

Əyyub peyğəmbər (Əyy 19:1)

>>>

Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. İsa Məsih (Yəh 5:1)

…ağacdan asılan adam Allahın lənətinə düçar olub.

Musa peyğəmbər (Deut 21:23) – E.ə. 12 əsrdə

>>
Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» Incil, Qal 3:13

O ölümü əbədi olaraq yox edəcək

Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq. Bu dağda bütün xalqların üzərindəki duvağı, bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək. Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi.
O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik,
O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik.
İndi isə O bizi qurtardığına görə sevinib şadlanaq!»

Yeşaya peyğəmbər (Yeş 25:1) – E.ə. 7 əsrdə

>>>

Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək. «Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır. Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun! İncil (1 Kor 15:54-27)

O bütün millətlərə həqiqi Allahın nurunu gətirəcək

Yeşaya peyğəmbər (Yeş 60:3) – E.ə. 7 əsrdə

>>>

Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.
Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin.
O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.
O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.
Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
(İncil, Yəh 1:1-18)

Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi.
(İncil, Yəh 3:19)

…soydaşlarınız içərisindən başqa peyğəmbər gələcək

Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın….Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir.
O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın.

Musa peyğəmbər (Qanun 18:15,22) – E.ə. 12 əsrdə

“Soydaş” barədə: …Padşah təyin etdiyiniz adam öz soydaşlarınızdan olmalıdır. İsrailli soydaşlarınızdan olmayan yadelli bir adamı padşah edə bilməzsiniz. (Yəhudilərin qardaşı Yəhudilərdir, İsmayillilər onlar üçün yad xalqı idi)

>>>

İnsanlardan izzət qəbul etmirəm. Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?» İsa Məsih (İncil Yəh 5:41-47)

Bir şahid kifayət deyil…

Bir adamı işlədə biləcəyi hər hansı bir günahda yaxud cinayətdə təqsirləndirmək üçün bir şahid kifayət deyil. Hər iddia iki yaxud üç nəfərin şahidliyi ilə təsdiq edilsin.

Musa peyğəmbər (Qanun 19:1) – E.ə. 12 əsrdə

>>>

Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı.
Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. (İsa Məsih, İncil, Yəh 5:30-32)

>>>

Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq. Çünki Böyük Ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi. Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik. Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz. Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. (İncil, 2 Pt 1:16-20)

Bəşər Oğlu

…gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.

Daniel peyğəmbər (Dan 7:13) – E.ə. 6 əsrdə

>>>

Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz». Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var? Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir. Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular. (İncil, Mk 14:61-65)

Məsəllərlə söyləyəcək

Ey xalqım, təlimimi dinləyin, dilimdən çıxan sözləri eşidin. Ağzımı bu məsəllə açıb keçmişdəki müəmmaları bəyan edəcəyəm.

Davud Peyğəmbər (Zəbur 78:1-2) – E.ə. 10 əsrdə

&

“Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönüb şəfa tapmasınlar”».

Yeşaya peyğəmbər (Yeş 6:9-10) – E.ə. 7 əsrdə

>>>

…İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi…(İncil, Mt 13:1)

Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. İsa Məsih (Mt 13:13)

Rəbb gəlməzdən qabaq İlyas peyğəmbər gələcək

Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm.

Malaki peyğəmbər (Mal 4:1) – E.ə. 5 əsrdə

>>>

Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. Qulağı olan eşitsin!

İsa Məsih (Mt 11:1)

Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur»

Davud peyğəmbər (Zəb 110:1) – E.ə. 10 əsrdə

“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi”

deyib haqqında danışdığım Şəxs budur».

Yəhya peyğəmber (Yəhya vəftizçi) Yəhya 1:15 – B.ə. 1 əsrdə

Qasırğanı yatırdı, dalğaları sakit etdi

Orada Rəbbin əməllərinə, dərin sularda etdiyi xariqələrinə şahid oldular. Çünki Onun əmri ilə qasırğa qopdu, dənizin dalğaları qalxdı. Gəmiçilər göyə qalxıb dərinə enirdi, qorxudan canları əldən gedirdi. Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi, ağıllarına heç bir çarə gəlmirdi. Onlar dara düşəndə Rəbbə fəryad etdilər, Rəbb onları dərdlərindən qurtardı. Qasırğanı yatırdı, sükut gətirdi, dalğaları sakit etdi. Sakitlik yarananda onlar çox sevindilər…

Davud peyğəmbər (Zəb 107:24) – E.ə. 10 əsrdə

>>>

İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!»
Külək dayandı və dərin sükut çökdü. İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?» Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?» (İncil, Mark 4:39)

Dəniz dalğaların üstündə gəzən

Allah qarşısında insan necə haqlı çıxa bilər? Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz. Hikməti dərin, gücü tükənməyən Odur. Ona qarşı duranlardan kim sağ qalıb? Allah dağları yerindən oynadar, dağlar heç bilməz. Qəzəbi ilə onları alt-üst edər. Dünyanı yerindən oynadar, dirəklərini lərzəyə salar. Əmr etsə, günəş doğmaz, ulduzların işığını örtüb möhürlər. Odur təkbaşına göyləri sərən, dəniz dalğalarının üstündə gəzən.

Əyyub peyğəmbər (Əyy 9:2-8)

>>>

İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi. Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar. Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı. İncil, Mark 6:48-51

Xudavənd Rəbbin Ruhu üzərindədir…

Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün,
Əsirlərə azadlıq, dustaqlara sərbəstlik elan etmək üçün,

Yeşaya peyğəmbər (Yeş 61:1) – E.ə. 7 əsrdə

>>>

«Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə Müjdəni bildirmək üçün O Məni məsh etdi. Əsirlərə azadlıq, korlara gözlərinin açılmasını elan etmək üçün, məzlumları sərbəstliyə buraxmaq üçün, Rəbbin lütf ilini bəyan etmək üçün Məni göndərdi». Sonra İsa tumarı bağladı və xidmətçiyə verib oturdu. Sinaqoqda oturanların hamısı Ona diqqətlə baxırdı. İsa onlara «eşitdiyiniz bu Müqəddəs Yazı bu gün yerinə yetdi» deyə danışmağa başladı.

Məsih lağ ediləcəkdi

Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin»

Davud peyğəmbər (Zəbur 22,8) – E.ə. 10 əsrdə

>>>

«Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». İncil (Mt 27:42)

O qaldırılmalıydı…

Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.

Musa peyğəmbər (Say 21:7-9) – E.ə. 12 əsrdə

>>>

Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun». İsa Məsih (Yəh 3:14)

>>>

Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. İsa Məsih (Yəh 12,32)

O sıpaya minib gəlir

Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır!
Bax padşahın sənə tərəf gəlir. O ədalətli və xilaskardır.
O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir.

Zəkəriyyə peyğəmbər (Zək 9:9) – E.ə. 6 əsrdə

>>>

Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular
və İsa sıpanın belinə mindi. Camaatın çoxu öz paltarlarını
yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi.
İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun!
Ən ucalarda hosanna!» İncil, Mt 21:7-9

30 gümüş…

Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı. Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi. Rəbb Mənə dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım.

Zəkəriyyə peyğəmbər (Zək 11:12-13) – E.ə. 6 əsrdə

>>>

O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib «mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı. Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar. Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir. Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər». (İncil, Mt 27:1)

Ey Allahım, Allahım, niyə məni tərk etdin?

Davud peyğəmbər (Zəbur 22:1) – E.ə. 10 əsrdə

>>>

Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi:

«Ey Allahım, Allahım, niyə Məni tərk etdin?»

Bənnaların rədd etdiyi daş Guşədaşı olub

Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir.

Davud peyğəmbər (Zəbur 118:22) – E.ə. 10 əsrdə

Ordular Rəbbini müqəddəs sayın, Ondan qorxun və lərzəyə gəlin! O, Müqəddəs məkan olacaq, amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası, Yerusəlim sakinlərinə tələ və tor olacaq. Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq, tələyə düşüb əsir aparılacaq».

Yeşaya peyğəmbər (Yeş 8:1) – E.ə. 7 əsrdə

>>>

İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz. Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş, Seçilmiş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən kəs əsla utandırılmaz». Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub», «büdrəmə daşı və yıxma qayası» da oldu. Onlar kəlama itaət etmədikləri üçün büdrəyir və onların təyinatı budur. (1 Pt 2:4)

Səhrada Rəbbin yolunu hazırlayın

Nida edənin səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, çöldə Allahımızın keçəcəyi yerləri hamar edin. Hər dərə yüksəldiləcək, hər dağ və təpə aşağı endiriləcək, yoldakı əyriliklər düzələcək, kələ-kötür yerlər hamar ediləcək. Rəbbin əzəməti aşkar olunacaq, bütün bəşər bunu birlikdə görəcək».

Yeşaya peyğəmbər (Yeş 40:1) – E.ə. 7 əsrdə

>>>

«Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm».

Yəhya peyğəmbər (Yəhya vəftizçi) (Yəh 1:23) – B.ə. 1 əsrdə

Qalileyada olacaq

Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı, gələcəkdə isə dənizkənarı yolu, İordan çayının o biri tayını, müxtəlif millətlər yaşayan Qalileyanı şərəfə çatdıracaq. Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu.

Yeşaya peyğəmbər (Yeş 9:1-2) – E.ə. 7 əsrdə

>>>

İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. …O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». Mt 4:12-14, 17

Rəbb Öz Ruhunu verəcək

Səni yaradan, ana bətnində quruluş verən, imdadına çatan Rəbb belə deyir: “Qorxma, ey qulum Yaqub nəsli! Ey seçdiyim Yeşurun! Susamış torpağı sulayacağam, quru torpağa sellər axıdacağam, övladlarına Ruhumu ehsan edəcəyəm, nəslinə xeyir-duamı verəcəyəm.

Yeşaya peyğəmbər (Yeş 44:3) – E.ə. 7 əsrdə

>>>

Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm… Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. (İncil, Yəh 16:7,13) O, həqiqət Ruhudur.
Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq. (İncil, Yəh 14:17)

Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm

Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. Mən sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb sizə ətdən olan ürək verəcəyəm. Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz. O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam. Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm.

Yezekel peyğəmbər (Yez 36:25-29) – E.ə. 7 əsrdə

Rəbb and içdi, qərarını dəyişməz:
«Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».

Davud peyğəmbər (Zəbur 110:4) – E.ə. 10 əsrdə

İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı. Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. Melkisedeq İbrama xeyir-dua verib dedi:
«Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.

Musa peyğəmbər (Yar 14:17-20) – E.ə. 12 əsrdə

>>>

Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona
«Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum» deyən Allah Onu izzətləndirdi.
 Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən». Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.
O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi. Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi. (İncil, İbranilərə məktub 5:1-10)

>>>

Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi. İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahı, yəni sülh padşahıdır. O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır. Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi. Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər. Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi. Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər. (İncil, İbranilərə məktub 7:1-7)

Allahı öz Atası adlandırır…
…Onu şərəfsiz ölümə məhkum edək

Ədalətli adama tələ quracağıq, çünki o, bizə ağır yükdür, bizim işlərimizə əngəl olur, bizi qanuna qarşı günahda təqsirləndirir, tərbiyə əleyhinə olan günahlara görə ittiham edir. Özünün Allah barədə biliyə sahib olduğunu iddia edir, Özünü Rəbbin övladı adlandırır. Önümüzdə durub niyyətlərimizi ifşa edir. Onun üzünü görmək belə, bizə ağırdır, çünki onun həyatı başqalarınınkına bənzəmir, yolları da hamıdan fərqlidir. O, bizi iyrənc hesab edir, çirkabdan qaçan kimi bizim yollarımızdan uzaqlaşır, ədalətli adamların öləndə bəxtiyar olacağını bildirir, məğrurluqla Allahı öz atası adlandırır. Onun sözlərinin doğru olub-olmadığını görərik, Onun axırının necə olacağına baxarıq. Əgər bu ədalətli adam Allahın oğludursa, onda Allah onu qoruyar, düşmənlərin əlindən xilas edər. İtaətkarlığını bilmək və kin saxlamadığını görməkdən ötrü Onu təhqirlərlə və əzab-əziyyətlərlə yoxlayaq; Onu şərəfsiz ölümə məhkum edək, çünki, dediyinə görə, onun qayğısına qalınacaq». Onlar yanlış düşüncələrə qapılıb səhv etdilər, çünki pislikləri onları kor etdi. Onlar Allahın sirlərini dərk etmədilər, müqəddəsliyə görə verilən əvəzi gözləmədilər, qüsursuz insanların mükafatını layiqli saymadılar. Allah insanı ölməzlik üçün yaratmışdı, Onu Öz əbədi varlığının surəti etmişdi. Lakin iblisin paxıllığı dünyaya ölüm gətirdi, Onun payına aid olanlar bunun acısını çəkirlər.

Süleyman peyğəmbər (Müd 2,12-22) – E.ə. 9 əsrdə

Quzunun Qanı sizi ölümdən xilas edəcək…

Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanını kəsin. Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın. Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq.

Musa peyğəmbər (Çıx 12:22-23) – E.ə. 12 əsrdə

Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil,qüsursuz
və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız.Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi. (İncil, 1Pt 1:19-20)

Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi:
«Dünyanın günahını aradan götürən Allah Quzusu budur!

“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur.
(İncil, Yəh 1:29-30)

İsa Məsihdir!