Şəfa duası

Uca Rəbbim, mənə şəfa ver!
Ürəyimə şəfa ver ki, ancaq özüm üçün
çarpmasın, Sənin Sevginin Ruhuna açılsın.
Dilimə şəfa ver ki, heç kimi incitməsin,
təsəlli verən sözlər danışsın.
Ayaqlarıma şəfa ver ki, büdrəməsinlər,
yeni yollarda da sağlam addımlar atsınlar.
Gözlərimə şəfa ver ki, ancaq önünə
baxmasın, baş verən hadisələrin
əsl mənasını ürəyinə daşıya bilsin.
Qulaqlarıma şəfa ver ki, bağlı qalmasınlar,
kasıbların və çarəsizlərin fəryadlarını eşidə
bilsinlər. Əllərimə şəfa ver ki, məyus olduğu
zaman qoynumda düyünlənən yumru yox,
yardım etmək üçün başqasına uzanan əllər
olsun. Zehnimə şəfa ver ki, donmasın,
Sənin sözlərinin izləyicisi olsun.
Mənə şəfa ver ki, Mən də şəfa verə bilim.
Amin.