Müqəddəs Yazılar (Bibliya)

Rəbb günü oxunuşları

  • 29-cu Rəbb günü Adi dövrdə C ili

    Çıxış 17, 8-13 Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam». Yeşua da Musa deyən kimi etdi və gedib Amaleqlilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. Musa əlini qaldıranda İsrail […]

    Read more 29-cu Rəbb günü Adi dövrdə C ili

    28-ci Rəbb günü Adi dövrdə C ili

    2 Kr 5, 14-17 Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu. Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur […]

    Read more 28-ci Rəbb günü Adi dövrdə C ili
  • 27-ci Rəbb günü Adi dövrdə C ili

    Hab 1, 2-3; 2, 2-4 Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sən isə eşitmirsən. «Zorakılıq var!» deyə fəryad edirəm, lakin qurtarmırsan. Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Haraya nəzər salsam, orada soyğunçuluq və zorakılıq var, davaların, çəkişmələrin sonu yoxdur. Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, qoy hər […]

    Read more 27-ci Rəbb günü Adi dövrdə C ili

    26-cı Rəbb günü Adi dövrdə C ili

    Am 6, 1ab. 4-7 Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar. Ey fil dişi ilə bəzənmiş divanlarda yayxanıb, yataqlarda uzanıb, sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər! Çəng çalıb bədahətən oxuyanlar, guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər, piyalə-piyalə şərab içənlər, bədənlərinə əla yağlar sürtənlər, lakin Yusif nəslinin qırğınına görə narahat […]

    Read more 26-cı Rəbb günü Adi dövrdə C ili
  • 25-ci Rəbb günü Adi dövrdə C ili

    Amos peyğəmbər kitabından sözlər (8, 4-7 ) Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, Taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, Buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, Aldadıcı tərəzi quraq. Qoy yoxsulları pula, Möhtacları bir […]

    Read more 25-ci Rəbb günü Adi dövrdə C ili

    24-cü Rəbb günü Adi dövrdə C ili

    Çıxış kitabından sözlər (Çıxış 32, 7-11; 13-14) Rəbb Musaya dedi: «Tez ol, düş aşağı, çünki Misirdən gətirdiyin xalqın öz əxlaqını pozdu və Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misirdən çıxaran allahlarınız!”» Rəbb Musaya sözünü davam etdi: […]

    Read more 24-cü Rəbb günü Adi dövrdə C ili
  • 23-cü Rəbb günü Adi dövrdə C ili

    Müdriklik kitabından sözlər (Müdriklik Kit 9, 13-18) Kim Allahın düşüncələrini kəşf edə bilər? Kim Rəbbin istəklərini anlaya bilər? İnsanların düşüncələri qısa və qərarsızdır. Torpaqdan yaranan və çürüməyə məhkum olan bədənimiz min bir fikirlə dolu ruhumuza ağırlıq verir. Dünyadakı hadisələri başa düşməkdə çətinlik çəkirik və bizə yaxın olanları belə çətinliklə başa düşürük. Göylərdə nə olduğunu necə […]

    Read more 23-cü Rəbb günü Adi dövrdə C ili

    22-ci Rəbb günü Adi dövrdə C ili

    Sirax 3, 19-21. 30-31 (17-20. 28-29) Oğlum, işini həlimliklə icra et, Allaha məqbul olan adamlar tərəfindən sevilərsən. Böyüklüyün nə qədər artırsa, o qədər də həlim olmalısan, onda Rəbbin önündə lütf taparsan. Bir çox adam lovğa və qürurludur, amma Rəbb Öz sirlərini həlimlərə açar.

    Read more 22-ci Rəbb günü Adi dövrdə C ili
  • 21-ci Rəbb günü Adi dövrdə C ili

    Yeşaya 66, 18-21 Rəbb bəyan edir: Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi […]

    Read more 21-ci Rəbb günü Adi dövrdə C ili

    20-ci Rəbb günü Adi dövrdə C ili

    Yer 38, 4-6. 8-10 Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». O zaman onlar Yeremyanı götürüb padşahın oğlu […]

    Read more 20-ci Rəbb günü Adi dövrdə C ili