YEPİSKOP VLADİMİR FEKETE DAŞKƏNDƏ SƏFƏR EDİB
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete bu günlərdə Özbəkistanın paytaxtı Daşkənddə səfərdədir. Burada Mərkəzi Asiya Katolik Yepiskopları Konfransının V plenar iclası keçirilir.
Mərkəzi Asiya Katolik Yepiskopları Konfransı (MAKYK) regionun katolik yepiskoplarını birləşdirən və onların pastoral fəaliyyətini əlaqələndirən daimi orqandır. Konfransın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Əfqanıstan və Monqolustandan olan yepiskoplar və ordinarilər daxildir.
Plenar iclas Özbəkistan Apostol Administraturasının baş kilsəsi — Daşkənd şəhərinin İsa Məsihin Müqəddəs Qəlbi kilsəsində keçirilən təntənəli Müqəddəs Messa ilə başlanıb. İbadətə Müqəddəs Taxt-Tacın Qazaxıstandakı apostol nunsisi arxiyepiskop Corc Panamtundil başçılıq edib.
Birgə duadan sonra iştirakçılar gündəlikdə yer alan məsələlərin müzakirəsinə başlayıblar.
