Sülh üçün dua

Rəbbim, Məni Öz sülhünün aləti et.
Nifrət olan yerdə qoy sevgi,
Ədalətsizlik olan yerdə – əfvi,
İnciklik olan yerdə – bağışlama,
Yalan olan yerdə – həqiqəti,
Ümidsizlik olan yerdə – ümidi,
Qaranlıq olan yerdə – nuru,
Kədər olan yerdə – sevinci əkim.
Ey, İlahi Ağam,
mənə kömək et ki,
təsəlli almaqdansa
daha çox təsəlli
verə bilim,
başa düşülməkdənsə,
başa düşüm,
sevilməkdənsə, sevim.
Çünki biz verərkən
əldə edirik,
Bağışlayarkən
bağışlanırıq,
Ölərkən əbədi həyat
üçün doğuluruq.