SLOVAKİYA OMBUDSMANI MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNİ ZİYARƏT EDİB

Aprelin 9-u, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Slovakiya Ombudsmanı Robert Dobrovodski Müqəddəs Məryəm katolik kilsəsini ziyarət edib.

Kilsədə qonağı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti Vladimir Fekete qarşılayıb. Görüş zamanı yepiskop Fekete Slovakiya Ombudsmanına və onu müşayiət edən nümayəndə heyətinə Azərbaycanda Katolik Kilsəsinin tarixi, ölkənin katolik icmasının həyatı barədə ətraflı məlumat verib. Həmçinin qonaqlara Bakıda Müqəddəs II İoann Pavel adına katolik kilsəsinin tikintisi haqqında məlumat təqdim olunub.

Görüşdə Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov da iştirak edib.