YEPİSKOP VLADİMİR FEKETE BRÜSSEL ŞƏHƏRİ MÜQƏDDƏS ÜRƏK KİLSƏSİNDƏ KÜL ÇƏRŞƏNBƏSİ LİTURGİYASINA BAŞÇILIQ EDİB

Martın 5-də, Brüsseldə işgüzar səfərdə olan Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Belçikanın paytaxtında yaşayan slovak katolik icmasının baş keşişi Marek Sitar-ın dəvəti ilə Müqəddəs Ürək kilsəsində Kül Çərşənbəsi Liturgiyasına başçılıq edib.
Yepiskop Vladimir Fekete imanlılara Böyük Orucun başlanğıcı ilə bağlı moizə ilə müraciət etdi və daha sonra külqoyma ayinini keçirildi.
İbadətdə 100-ə yaxın katolik iştirak edib.