02 OKTYABR 2022-Cİ İL, ADİ DÖVRÜN XXVII RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

04 oktyabr, çərşəmbə axşamı, mqd. Assizili Fransisk, xatirə günü 

05 oktyabr, çərşəmbə, mqd. Faustina Kovalska, bakirə, xatirə günü 

06 oktyabr, cümə axşamı, ayın ilk cümə axşamısı

07 oktyabr, сümə, ROZARİ MƏLƏKƏSİ FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏM 

09 oktyabr, bazar, ADİ DÖVRÜN XVIII RƏBB GÜNÜ 

APOSTOL PREFEKTURASININ ELANLARI 

  • Oktyabr ayı Müqəddəs Rozari duasına həsr olunub. Fövqələqdəs Məryəm xüsusilə günahkarların tövbəsi və müharibələrin və digər fəlakətlərin təhdidlərindən xilas olmaq üçün bu duaya mümkün qədər tez-tez müraciət etməyi istəyib. Bütün bəşəriyyət üçün bu çətin zamanda biz Kilsəsnin Azərbaycandaki imanlılarından Rozari duasına mümkün qədər çox vaxt ayırmağa və ilk növbədə yer üzündəki bütün münaqişələrin sülh yolu ilə həlli üçün dua etməyə çağırırıq. 
  • Oktyabrın 2-də Müqəddəs Ata Fransiskin Azərbaycana dövlət və pastır səfərinin 6 ili tamam olur. Məsih Xələfinin ölkəmizə səfərinin lütfü üçün Uca Yaradanı izzətləndirərək, Rəbbdən Papa Fransisk üçün cismani və mənəvi sağlıq,Müqəddəs Ruhun ənamlarını və sevinclərini diləyirik. .
  • Bir çoxunuzun bildiyi kimi, 1917-ci ildə Katolik Kilsəsinin həyatında xüsusi bir hadisə baş verdi – Allah Anası Özü Portuqaliyanın Fatima şəhərində Jasinta, Lusia və Fransişko adlı üç uşağa göründü və onların vasitəsilə dünyanı tövbəyə və günahkarların pis yollardan çəkinib imana gəlməsi üçün Müqəddəs Rozari duasını etməyə çağırdı. Fatima zaman keçdikcə hər il milyonlarla möminin səfər etdiyi məşhur ziyarət yerinə çevrildi. Hər kəsin belə bir ziyarəti etmək imkanı olmadığı üçün son onilliklərdə Fatima yepiskopunun qərarı və xeyir-duası ilə Fatimalı Məryəm Ananın heykəli dünyanın müxtəlif yerlərini gəzir ki, onun yaxınlığı imanın yenilənməsinə,  xristian icmalarında tövbə ruhunun və Müqəddəs Rozari duasının canlanmasına kömək etsin. Müqəddəs Taxt-Tacın Gürcüstandakı səfiri arxiyepiskop Xose Bettenkurun təşəbbüsü ilə bu ilin oktyabr ayında Fatimalı Məryəm Ananın heykəli Qafqaz regionuna səfər edəcək. Hər şey plana uyğun getsə, heykəl oktyabrın 15-dən 20-dək apostol prefekturamızda olacaq. Koronavirus pandemiyası və müharibələr ilə seçilmiş tarixin bu çətin dövründə, bu bütün region üçün, xüsusən də Azərbaycandakı kiçik xristian icmamız üçün föqvəladə bir hədiyyə və Məryəm Anaya olan ehtiramımızı dərinləşdirmək və imanımızı gücləndirmək üçün gözəl bir imkandır.  Biz sizi heykəlin Bakıya gəlməsinin detalları haqda məlumatlandıracayıq, lakin Azərbaycanın hər bir katolikindən xahiş edirik ki, bu gəlişin layiqli və xeyirdualı keçirilməsi üçün dua etsin.  

İBADƏTLƏRİN CƏDVƏLİ 

MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

 

Çərşənbə axşamı 12:45 rus dilində 
Çərşənbə  12:45 rus dilində   
Cümə axşamı 19:00 rus dilində  
Cümə 17:30 rus dilində  
Şənbə  Rəbb Günü Ərəfəsi Messası, 18:00 ingilis dilində 
Bazar 07:00 və 11:00 ingilis dilində  

13:00 rus dilində, 15:30 azərbaycan dilində  

 

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

 

Bazar ertəsi  19:00 rus dilində  
Çərşənbə axşamı 19:00 rus dilində 
Çərşənbə   Святая Месса на русском языке  19:00  
Cümə 18:30  – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində  
Şənbə Rəbb Günü Ərəfəsi Messası 19:00 latın dilində   
Bazar 11:00 və 19:00 rus dilində