04 DEKABR 2022-Cİ İL, ADVENT DÖVRÜNÜN II RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
06 dekabr, çərşənbə axşamı, müqəddəs Mir-Likiyalı Nikolay (Ecazkar Nikolay), yepiskop, xatirə günü
07 dekabr, çərşənbə, müqəddəs Medilonlu Ambrosi, yepiskop və Kilsə Doktoru, xatirə günü. MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BAYRAMININ ƏRƏFƏSİ
08 dekabr, cümə axşamı, MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BAYRAMI
10 dekabr, şənbə, Loretolu Müqəddəs Bakirə Məryəmin xatirəsi
11 dekabr, bazar, ADVENT DÖVRÜNÜN III RƏBB GÜNÜ, “GAUDETE” (SEVİNC GÜNÜ)
APOSTOL PREFEKTURASININ ELANLARI
MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BAYRAMI
Dekabrın 8-də Katolik Kilsəsi böyük bir bayramı – MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BAYRAMINI qeyd edir. Uca Allah Məryəmi İsa Məsihin Anası kimi seçdiyi üçün, onu İsanın xilas xidmətlərinə görə əzəli günahın lənətindən qorudu və onu mübarək, yəni lütf ilə bol etdi və beləcə Məryəm Təcəssüm edəcək Kəlam üçün layiqli bir məskən oldu. Məryəmə bəxş edilən bu müstəsna imtiyaz üçün Allaha şükür edərək, biz günahla mübarizə aparmaq üçün Ondan lütf diləyirik. Günahsız Döllənmə bayramı Şərqdə hələ VIII əsrdə qeyd olunurdu. IX əsrdə bu bayram Qərbdə də yayıldı. 1854-cü il dekabrın 8-də Papa IX Pius Müqəddəs Məryəmin Günahsız Döllənməsi həqiqətini iman doqması kimi aydın şəkildə müəyyənləşdirdi.
Apostol Prefekturamız üçün bu bayram əsas bayramdır çünki Azərbaycanda katolik icmasının dirçəlişinin iki tarixi mərhələsi – XIX əsrin sonu və XX əsrin əvvəlləri müqəddəs imanımızın bu həqiqəti ilə bağlıdır. Bakı şəhərində XX əsrin əvvəllərində tikilmiş və həmin əsrin 30-cu illərində bolşevik hakimiyyəti tərəfindən dağıdılmış ilk katolik kilsəsi kimi indiki kilsəmiz də Günahsız Döllənməyə həsr edilmişdir.
Bütün imanlıları bayram ibadətlərində iştirak etməyə dəvət edirik ki, Məryəm Ananın şəfaəti ilə qəbul etdiyimiz bütün lütflərə görə Ona minnətdarlığımızı bildirək, həmçinin Məryəm Anadan Kilsəmizi, şəhərimizi və bütün ölkəmizi Onun Dua Örpəyi ilə qorumasını xahiş edək ki, Məryəmin Pak Qəlbinin duaları xatirinə Rəbb bizim imanımızı, ümidimizi və məhəbbətimizi möhkəmləndirsin, ruhumuzun və cismimizin yaralarını sağaltsın, ölkəmizə sülh və əminamanlıq bəxş etsin. Artıq Advent Dövrünə, Milad Bayramına mənəvi hazırlıq Dövrünə daxil olduq. Advent zamanl Kilsə imanlıları mərhəmət işləri görməyə və tövbə etməyə çağırır. Bu dövr üçün ciddi oruc tutmaq tələbi yoxdur, lakin Kilsə hər bir katolikə tövsiyə edir ki, o Advent zamanı onu Allahdan, duadan yayındıran, həmçinin onun mənəvi inkişafına mane olan şeylər barədə düşünsün və həmin şeylərdən Milad Bayramına mənəvi hazırlır üçün imtina etməyə çalışsın və bu yolda Tövbə və Yevxaristiya Sirrlərinə tez tez müraciət etsin.
Nəzərinizə çatdırırıq ki, taxt-tac bayramında kilsəni ziyarət edənlər indulgensiya almaq üçün bütün digər adi şərtlərə əməl edərək indulgensiya ala bilər.
Müqəddəs Məryəm kilsəsində (Xətai)
07 dekabr, Bayram Ərəfəsi, saat 18:00-da azərbaycan dilində
8 dekabr, Bayram Günü, 07:00 və 11:00-da ingilis, 12:45 və 19:00 rus dilində.
mqd. II İohann Pavel prixodunda
07 dekabr, Bayram Ərəfəsi – saat 19:00 rus dilində
08 dekabr, Bayram Günü, saat 19:00 rus dililndə
“RORATE” MESSALARI
Advent ilə əlaqəli ənənələrdən biri “Rorate” Müqəddəs Messalardı. Bu Messaların tam adı: Advent dövründə Müqəddəs Məryəmə həsr edilən Messalar. Həmin Messalar Advent dövrünün hər şənbə günündə, səhər saat 07.00-da Gənclikdəki müqəddəs II İohann PaveI prixodunda rus dilində keçiriləcək. İmanlıların hamısını, Advent dövrünün mənəvi cəhətdən daha dərin yaşanması üçün bu Messalarda iştirak edib, özlərini Allahın Validəsi Məryəmin şəfaətinə və bələdçiliyinə etibar etməyə dəvət edirik.
İBADƏTLƏRİN CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | 12:45 rus dilində |
| Çərşənbə | 12:45 rus dilində
GÜNAHSIZ DÖLLƏNMƏ BAYRAMININ ƏRƏFƏSİ saat 18:00-da azərbaycan dilində |
| Cümə axşamı | GÜNAHSIZ DÖLLƏNMƏ BAYRAMI
07:00 və 11:00-da ingilis, 12:45 və 19:00 rus dilində |
| Cümə | 17:30 rus dilində |
| Şənbə | 12:00 rus dilində
Rəbb Günü Ərəfəsi Messası, 18:00 ingilis dilində |
| Bazar | 07:00 və 11:00 ingilis dilində
13:00 rus dilində, 15:00 azərbaycan dilində |
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Bazar ertəsi | 19:00 rus dilində |
| Çərşənbə axşamı | 19:00 rus dilində |
| Çərşənbə | GÜNAHSIZ DÖLLƏNMƏ BAYRAMININ ƏRƏFƏSİ
19:00 rus dilində |
| Cümə axşamı | GÜNAHSIZ DÖLLƏNMƏ BAYRAMI
19:00 rus dilində |
| Cümə | 18:30 – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində |
| Şənbə | “Rorate” – Məryəm Anaya həsr olunan Messa – səhər saat 07:00 rus dilində
Rəbb Günü Ərəfəsi Messası 19:00 latın dilində |
| Bazar | 11:00 və 19:00 rus dilində, 12:30 azərbaycan dilində |
