04 DEKABR 2022-Cİ İL, ADVENT DÖVRÜNÜN II RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi  

06 dekabr, çərşənbə axşamı, müqəddəs Mir-Likiyalı Nikolay (Ecazkar Nikolay), yepiskop, xatirə günü 

07 dekabr, çərşənbə, müqəddəs Medilonlu Ambrosi, yepiskop və Kilsə Doktoru, xatirə günü. MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BAYRAMININ ƏRƏFƏSİ  

08 dekabr, cümə axşamı,  MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BAYRAMI

10 dekabr, şənbə, Loretolu Müqəddəs Bakirə Məryəmin xatirəsi  

11 dekabr, bazar, ADVENT DÖVRÜNÜN III RƏBB GÜNÜ, “GAUDETE” (SEVİNC GÜNÜ) 

APOSTOL PREFEKTURASININ ELANLARI 

MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BAYRAMI

Dekabrın 8-də Katolik Kilsəsi böyük bir bayramı – MÜQƏDDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BAYRAMINI qeyd edir. Uca Allah Məryəmi İsa Məsihin Anası kimi seçdiyi üçün, onu İsanın xilas xidmətlərinə görə əzəli günahın lənətindən qorudu və onu mübarək, yəni lütf ilə bol etdi və beləcə Məryəm Təcəssüm edəcək Kəlam üçün layiqli bir məskən oldu.  Məryəmə bəxş edilən bu müstəsna imtiyaz üçün Allaha şükür edərək, biz günahla mübarizə aparmaq üçün Ondan lütf diləyirik. Günahsız Döllənmə bayramı Şərqdə hələ VIII əsrdə qeyd olunurdu. IX əsrdə bu bayram Qərbdə də yayıldı. 1854-cü il dekabrın 8-də Papa IX Pius Müqəddəs Məryəmin Günahsız Döllənməsi həqiqətini iman doqması kimi aydın şəkildə müəyyənləşdirdi.

Apostol Prefekturamız üçün bu bayram əsas bayramdır çünki Azərbaycanda katolik icmasının dirçəlişinin iki tarixi mərhələsi – XIX əsrin sonu və XX əsrin əvvəlləri müqəddəs imanımızın bu həqiqəti ilə bağlıdır. Bakı şəhərində XX əsrin əvvəllərində tikilmiş və həmin əsrin 30-cu illərində bolşevik hakimiyyəti tərəfindən dağıdılmış ilk katolik kilsəsi kimi indiki kilsəmiz də  Günahsız Döllənməyə həsr edilmişdir.

Bütün imanlıları bayram ibadətlərində iştirak etməyə dəvət edirik ki, Məryəm Ananın şəfaəti ilə qəbul etdiyimiz bütün lütflərə görə Ona minnətdarlığımızı bildirək, həmçinin Məryəm Anadan Kilsəmizi, şəhərimizi və bütün ölkəmizi Onun Dua Örpəyi ilə qorumasını xahiş edək ki,  Məryəmin Pak Qəlbinin duaları xatirinə Rəbb bizim imanımızı, ümidimizi və məhəbbətimizi möhkəmləndirsin,  ruhumuzun və cismimizin yaralarını sağaltsın,  ölkəmizə sülh və əminamanlıq bəxş etsin.  Artıq Advent Dövrünə, Milad Bayramına mənəvi hazırlıq Dövrünə daxil olduq. Advent zamanl  Kilsə imanlıları mərhəmət işləri görməyə və tövbə etməyə çağırır. Bu dövr üçün ciddi oruc tutmaq tələbi yoxdur, lakin Kilsə hər bir katolikə tövsiyə edir ki, o Advent zamanı onu Allahdan, duadan yayındıran, həmçinin onun mənəvi inkişafına mane olan şeylər barədə düşünsün və həmin şeylərdən Milad Bayramına mənəvi hazırlır üçün imtina etməyə çalışsın və bu yolda Tövbə və Yevxaristiya Sirrlərinə tez tez müraciət etsin. 

Nəzərinizə çatdırırıq ki, taxt-tac bayramında kilsəni ziyarət edənlər  indulgensiya almaq üçün bütün digər adi şərtlərə əməl edərək indulgensiya ala bilər. 

Bayram Messaların Cədvəli 

Müqəddəs Məryəm kilsəsində (Xətai) 

07 dekabr, Bayram Ərəfəsi, saat 18:00-da azərbaycan dilində 

8 dekabr, Bayram Günü, 07:00 və 11:00-da ingilis, 12:45 və 19:00 rus dilində.

mqd. II İohann Pavel prixodunda  

07 dekabr, Bayram Ərəfəsi – saat 19:00 rus dilində 

08 dekabr, Bayram Günü, saat 19:00 rus dililndə 

“RORATE” MESSALARI

Advent ilə əlaqəli ənənələrdən biri “Rorate”  Müqəddəs Messalardı. Bu Messaların tam adı: Advent dövründə Müqəddəs Məryəmə həsr edilən Messalar. Həmin Messalar Advent dövrünün hər şənbə günündə, səhər saat 07.00-da Gənclikdəki müqəddəs II İohann PaveI prixodunda rus dilində keçiriləcək. İmanlıların hamısını,  Advent dövrünün mənəvi cəhətdən daha dərin yaşanması üçün bu Messalarda iştirak edib, özlərini Allahın Validəsi Məryəmin şəfaətinə və bələdçiliyinə etibar etməyə dəvət edirik.

İBADƏTLƏRİN CƏDVƏLİ 

MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Çərşənbə axşamı 12:45 rus dilində  
Çərşənbə  12:45 rus dilində   

GÜNAHSIZ DÖLLƏNMƏ BAYRAMININ ƏRƏFƏSİ 

saat 18:00-da azərbaycan dilində 

Cümə axşamı GÜNAHSIZ DÖLLƏNMƏ BAYRAMI

07:00 və 11:00-da ingilis, 12:45 və 19:00 rus dilində

Cümə 17:30 rus dilində  
Şənbə  12:00 rus dilində 

Rəbb Günü Ərəfəsi Messası, 18:00 ingilis dilində 

Bazar 07:00 və 11:00 ingilis dilində  

13:00 rus dilində, 15:00 azərbaycan dilində  

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

Bazar ertəsi  19:00 rus dilində  
Çərşənbə axşamı 19:00 rus dilində 
Çərşənbə   GÜNAHSIZ DÖLLƏNMƏ BAYRAMININ ƏRƏFƏSİ 

19:00 rus dilində 

Cümə axşamı  GÜNAHSIZ DÖLLƏNMƏ BAYRAMI

19:00 rus dilində

Cümə 18:30  – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində  
Şənbə “Rorate”  – Məryəm Anaya həsr olunan Messa – səhər saat 07:00 rus dilində 

Rəbb Günü Ərəfəsi Messası 19:00 latın dilində   

Bazar 11:00 və 19:00 rus dilində, 12:30 azərbaycan dilində