04 SENTYABR 2022 İL, ADİ DÖVRÜN XXIII RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

05 sentyabr, bazar ertəsi, müqəddəs bakirə Kəlkətəli Tereza, xatirə günü

08 sentyabr, cümə axşamı, FÖVQƏLƏQDƏS TANRIDOĞAN MƏRYƏMİN MÖVLUDU BAYRAMI

11 sentyabr, bazar, ADİ DÖVRÜN XXIV RƏBB GÜNÜ

APOSTOL PREFEKTURASININ ELANLARI

  • Sentyabrın 8-də Kilsə ən Fövqələqdəs Tandrıdoğan Məryəmin Mövludunu qeyd edir. Bu bayramın təsis edilməsi Yaqubun apokrifik Proto-İncilinə (2-ci əsrin ortaları) əsaslanır. Həmin apokrifa görə gələcək Tanrıdoğanın valideynləri Yoahim və Hanna uzun illər sonsuz qaldılar və yalnız Allaha ümid və duaların nəticəsində ahıl yaşda onların Məryəm adlı bir qızı oldu və O dünyaya İsa Məsihi gətirdi. Məryəmin Mövludunu qeyd edərkən xatırladığımız hadisələr teoloji baxımdan həm sevindirici, həm də vacibdir. Sevindiricidir, çünki dünyaya pak və gözəl qız gəldi – “müqayisəsiz ən dürüst keruv və ən şərəfli serafim”. Teoloji cəhətdən vacibliyi ondadır ki, çünki bu hadisələr Onun Allaha Ana olacağını öncələyir – Dünyanı Nuruna boyayan “Həqiqət Günəşi, Allahımız Məsih” Məryəmdən doğuldu: səhər sübhünün artıq doğduğu yerdə günəşin özü tezliklə görünməlidir. (sib-catholic.ru saytından materiallar əsasında).

Bayram Messaların cədvəli:

Mqs. Məryəm kilsəsində: saat 07:00 ingilis, 19:00 rus dillərində

II İohann Pavel prixodunda: saat 19:00 rus dilində

İBADƏTLƏR CƏDVƏLİ

MÜQƏDDƏS MƏRYƏM KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

Çərşənbə axşamı 12:45 rus dilində
Çərşənbə 12:45 rus dilində
Cümə axşamı FÖVQƏLƏQDƏS TANRIDOĞAN MƏRYƏMİN MÖVLUDU BAYRAMI

07:00 ingilis, 19:00 rus dillərində

Cümə 17:30 rus dilində
Şənbə Rəbbin Günü Ərəfəsi Messası 18:00 ingilis dilində
Bazar (Rəbbin Günü) 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Bazar ertəsi Müqəddəs Messa saat 19:00-da, rus dilində
Çərşənbə axşamı Müqəddəs Messa saat 19:00-da, rus dilində
Çərşənbə Müqəddəs Messa saat 19:00-da, rus dilində
Cümə axşamı FÖVQƏLƏQDƏS TANRIDOĞAN MƏRYƏMİN MÖVLUDU BAYRAMI

19:00 rus dilində

Cümə Saat 18:30-da Müqəddəs Ənamlara Səcdə Ayini, Müqəddəs Messa saat 19:00-da, rus dilində
Şənbə Rəbbin Günü Ərəfəsi Messası saat 19:00-da, latın dilində
Bazar (Rəbbin Günü) Müqəddəs Messalar saat 11:00 və 19:00-da, rus dilində