05 DEKABR 2021 İL, ADVENT DÖVRÜNÜN II RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

06 dekabr, bazar ertəsi, mqd. Mirlikiyalı Nikolay, yepiskop, xatirə günü

07 dekabr, çərşənbə axşamı, mqd. Mediolanlı Ambrosiy, yepiskop və Kilsə müəllimi, xatirə günü

08 dekabr, çərşənbə, FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BÖYÜK BAYRAMI

12 dekabr, bazar, ADVENT DÖVRÜNÜN III RBB GÜNÜ, SEVİNC RƏBB GÜNÜ

IBADƏTLƏRİN CƏDVƏLİ

Bildirmək istərdik ki, Müqəddəs Məryəm Ana kilsəsində həftəiçi ibadətlər bərpa olundu

MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

Çərşənbə axşamı 12:45 rus dilində
Çərşənbə Fövqələqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi Bayram Messaları: 12:45 rus dilində, 19:00  – ingilis dilində.
Cümə axşamı 19:00 rus dilində
Cümə 17:30 rus dilində
Şənbə 18:00 ingilis dilində (Rəbb Günü Ərəfəsi Messası)
Bazar (Rəbb Günü) 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ  

Bazar ertəsi 19:00 rus dilində
Çərşənbə axşamı 19:00 rus dilində Fövqələqdəs Bakirə Məryəmin Günahsız Döllənməsi Bayram
Çərşənbə 19:00 rus dilində
Cümə 18:00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində. Müqəddəs Ənamlara Səcdə Ayini zamanı keşiş sakristiya otağında Tövbə Sirrini qəbul etmək istəyənləri gözləyəcək.
Şənbə Advent dövrü zamanı hər səhər saat 07.00 – Məryəm Ananın şərəfinə “Rorate” Messası, latın dilində 19:00 rus dilində (Rəbb Günü Ərəfəsi Messası
Bazar (Rəbb Günü) 11:00 və 19:00 rus dilində

Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.  

Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.

Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.

Apostol Prefekturasının elanları
FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ BÖYÜK BAYRAMI

Dekabrın 8-də Katolik Kilsəsi FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÜNAHSIZ DÖLLƏNMƏSİ bayramını qeyd edir.

Əzəldən Məryəmi Oğlunun Anası seçən Allah Onu İsanın xilasedici məziyyətlərinə görə ilkin günahdan xilas etdi və ona lütfün tamlığını verdi. Bunun sayəsində Məryəm Təcəssüm etmiş Kəlam üçün layiqli məkan oldu. Biz Məryəmə bəxş etdiyi bu müstəsna imtiyaz üçün Allaha şükür edərək, günaha qarşı mübarizə aparmaq üçün Ondan lütf diləyirik. Günahsız Döllənmə bayramı Şərqdə artıq VIII əsrdə qeyd olunurdu.IX əsrdə bu bayram Qərbə qeyd olunmağa başladı. 8 dekabr 1854-cü il tarixində Papa IX Pius Müqəddəs Məryəmin Günahsız Döllənməsi haqqında həqiqəti iman dogması kimi aydın şəkildə müəyyənləşdirdi.

Bu bayramın Azərbaycandakı Katolik Kilsəsi üçün xüsusi mənası var. Bu torpaqlarda katolik icmalarının dirçəlişi, katolik kilsələrinin və ibadətgahlarının tikintisi tarixi bu iman həqiqətinin nurunda yaşanıb.  Bakı şəhərində bolşeviklər tərəfindən dağıdılmış ilk katolik kilsəsi, həm də hazırda mövcud olan kilsə Günahsız Döllənməyə həsr olunub. Buna görə də, Müqəddəs Məryəm kilsəsi üçün bu bayram – “taxt bayramıdır”, yəni kilsənin əsas bayramı.

Xatırladırıq ki, taxt bayramı günü kilsəni ziyarət edənlər bütün digər adi şərtləri yerinə yetirməklə indulgensiya ala bilərlər

Bayram günü Müqəddəs Messalar aşağıdakı cədvələ görə keçiriləcək:  

Müqəddəs Məryəm kilsəsində (Xətaidə)

8 dekabr, çərşənbə

12:45  – rus dilində

19:00  – ingilis dilində

Mqd. II İohann Pavel ibadətgahında (Gənclikdə):

7 dekabr, çərşənbə axşamı

19:00 – Bayram Ərəfəsi Messası, rus dilində

8 dekabr, çərşənbə

19:00 – rus dilində

MQD. II İOHANN PAVEL PRİXODUNDA (Gənclikdə)  “RORATE” MESSALARI

Hər şənbə, səhər saat 7.00-da II İohann Pavel prixodunda (Gənclikdə) Fövqələqdəs Bakirə Məryəmin şərəfinə “Rorate” adlanan xüsusi Messalar keçiriləcək. Kilsəsin bu qədim ənənəsi Məsih Mövludun Məryəm Ana ilə birlikdə gözlənməsi ilə bağlıdır. Seçilmiş Xalqın övladı kimi Məryəm Xilaskar Məsihin intizarında idi, Rəbbin Anası şərəfinə nail oldu və indi, Səmalarda Oğluna qovuşaraq, Məryəm Dua vəsatətçiliyi ilə bizə Məsihi tapmağa və səmaya çatmağa yardım edir.  Qeyd edək ki, “Rorate” Messaları latın dilində keçiriləcək. Yalnız oxunuşlar və vəz rus dilində olacaq.