06 FEVRAL 2022 İL, ADİ DÖVRÜN V RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
10 fevral, cümə axşamı, müqəddəs Sxolastika, bakirə, xatirə
11 fevral, cümə, Fövqələqdəs Bakirə Məryəmin Lurd-da zühur etməsinin xatirəsi, xəstələr üçün ümumdünya dualar günü, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, Vladimir Fekete həzrətlərinin yepiskop xirotoniyasının il dönümü.
13 fevral, bazar, ADİ DÖVRÜN VI RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
Xatırladırıq ki, fevralın 15-dən peyvəndin ikinci dozasından 6 ay keçmiş şəxslərin covid-pasportları peyvəndin üçüncü, gücləndirici dozasını alana qədər etibarsız sayılacaq. Gücləndirici doza aldıqdan sonra covid pasportlar müddətsiz olacaq. Koronavirus pandemiyası dövründə ictimai yerlərə, o cümlədən kilsələrə daxil olmaqla bağlı AR Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaları nəzərə alaraq, kilsəyə daxil olarkən etibarlı covid-pasportu və ya imunitet sertifikatın təqdim edilməsi tələbini anlayışla qarşılamağınızı xahiş edirik. Xristian olaraq biz həm öz sağlamlığımız, həm də başqalarının sağlamlığı və həyatı üçün məsuliyyət daşımağa çağırılmışıq.