06 NOYABR 2022-Cİ İL, ADİ DÖVRÜN XXXII RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi 

09 noyabr, çərşənbə, Lateran Bazilikasının Təqdis edilməsi Bayramı  

10 noyabr, cümə axşamı, mqd. Böyük Leo, papa və Kilsə müəllimi, xatirə günü 

11 noyabr, cümə, mqd. Turlu Martin, yepiskop, xatirə günü 

12 noyabr, şənbə, mqd. Yosafat Kunseviç, yepiskop və şəhid 

13 noyabr, bazar, ADİ DÖVRÜN XXXIII RƏBB GÜNÜ 

APOSTOL PREFEKTURASININ ELANLARI 

  • Noyabrın 8-i Azərbaycanda Zəfər Günü qeyd edilir. Həmin gün Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının bütün prixodlarında müharibənin başa çatması, işğal olunmuş torpaqların geri qaytarılması, ölkəmizdə və bütün Cənubi Qafqazda sülhün bərqərar olması üçün şükran ibadətləri keçiriləcək. Azərbaycanda Katolik Kilsəsi həmçinin bütün şəhid olan hərbçilərimizin və dinc əhali arasında həlak olanların ruhuna dua edəcək,  Allahdan itki vermiş ailələrə təsəlli, qazilərimizə can sağlığı diləyəcək. 
  • Noyabrın 9-u Kilsə Lateran Bazilikasının Təqdis edilməsini qeyd edir. Bu bayram İmperator Konstantin tərəfindən tikilmiş Ali-Müqəddəs Xilaskarın şərəfinə bazilikanın 9 noyabr 324-cü il tarixində təqdis olunma gününün xatirəsidir. Bazilikanın yanında müqəddəs Vəftizçi Yəhyanın şərəfinə vəftizxananın tikilməsi səbəbindən, o bazilikanın ikinci himayədarı oldu. Lateran Bazilikası min il ərzində Kilsə həyatının mərkəzi olub. Bir çox Roma sinoduna və beş Ümumdünya Kilsə Məclislərinə ev sahibliyi edib. Vatikan papanın iqamətgahına çevrilsə də, Lateran Bazilikası Romanın kafedral kilsəsi olaraq qalır, onu Şəhərin və dünyanın bütün kilsələrinin Anası  adlandırırlar.

İBADƏTLƏRİN CƏDVƏLİ 

MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Çərşənbə axşamı 12:45 rus dilində  
Çərşənbə  12:45 rus dilində   
Cümə axşamı 19:00 rus dilində  
Cümə 17:30 rus dilində  
Şənbə  12:00 rus dilində 

Rəbb Günü Ərəfəsi Messası, 18:00 ingilis dilində 

Bazar 07:00 və 11:00 ingilis dilində  

13:00 rus dilində, 15:30 azərbaycan dilində  

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

Bazar ertəsi  19:00 rus dilində  
Çərşənbə axşamı 19:00 rus dilində 
Çərşənbə   19:00 rus dilində 
Cümə 18:30  – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində  
Şənbə Rəbb Günü Ərəfəsi Messası 19:00 latın dilində   
Bazar 11:00 və 19:00 rus dilində, 12:30 azərbaycan dilində