08 MAY 2022 İL, PASXANIN IV RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

13 may, cümə, Fövqələqdəs Bakirə Məryəmin Fatima şəhərində zühur etməsinin xatirəsi
15 may, bazar, PASXANIN V RƏBB GÜNÜ

APOSTOL PREFEKTURASININ ELANLARI

 

MAY AYI – MƏRYƏM ANANIN AYIDIR

Katolik Kilsəsində may ayı ənənəvi olaraq Fövqələqdəs Allah Anası Bakirə Məryəmə həsr olunur. Bütün imanlıları may ayı ərzində, imkan daxilində, hər gün Allah Anasına Loretan Litaniyasını oxumağa, müqəddəs Rozari duasına tez tez müraciət etməyə, və ya Məryəm Anaya həsr edilmiş digər iman əməllərini yerinə yetirməyə çağırırıq. Bəşəriyyətin bu gün Məryəm Ananın köməyinə çox ehtiyacı var. Qoy Rəbbimiz Fövqələqdəs Məryəmin dua şəfaəti ilə bizim günahlarımızı bağışlasın, ruhumuza və cismimizə şəfa versin, böyük dövlətlərin rəhbərlərinə hikmət bəxş etsin, onların niyyətlərini ölkələr və millətlər arası sülhün nail olmasına yönləndirsin.

MQD. II  İOHANN PAVELİN AZƏRBAYCAN SƏFƏRİNİN 20 İLLİYİ

Bu il Roma Papası II İohann Pavelin 2002-ci il mayın 22-23-də Azərbaycana tarixi səfərinin 20 illiyi tamam olur. Azərbaycanda Katolik Kilsəsinin dirçəlişi bilavasitə bu görkəmli din xadimi, Məsihin ümumdünya naxırının müqəddəs arxipastorunun adı ilə bağlıdır. Artıq ağır xəstə olan mqd. II İohann Pavelin Azərbayca səfəri ölkəmizin kiçik katolik icmasına inam, ümid və məhəbbət əlaməti oldu. Onun duaları və gətirdiyi qurbanlar bol mənəvi bəhrə verdi və bu gün Azərbaycanın Katolik Kilsəsi yaşayır, Məsihin Padşahlığının yayılması, ölkəmizin və xalqımızın rifahı naminə öz fəaliyyətini həyata keçirir, bütövlükdə həm cəmiyyətin, həm də dövlətin hörmətinə nail olub. Kilsəmiz bu tarixi səfərin xatirəsini mayın 29-da, Pasxa Dövrünün VII Rəb Günündə təntənəli ibadət və bayram tədbiri ilə qeyd edəcək. Bayram proqramının təfərrüatlarını gələn bazar günlərində açıqlayacağıq. Müqəddəs II İohann Pavelin xatirəsini sevən və ehtiramla yad edən hər kəsi bu tədbirdə iştirak etməyə, lakin hər şeydən əvvəl ondan Kilsəmiz üçün, Azərbaycanın bütün katolikləri, bütün xalqımız üçün dua şəfaətini diləməyə dəvət edirik.

MQD. II İOHANN PAVEL PRİXODUNDA İBADƏTLƏR CƏDVƏLİNDƏ DƏYİŞİKLİKLƏR

İmanlıların diqqətinə çatdırırıq ki, mayın 9-dan mayın 23-dək olan müddətdə, Gənclikdəki II İohann Pavel prixodunda Müqəddəs Messalar yalnız çərşənbə axşamı saat 19:00-da, bazar günləri isə saat 11:00 və 19:00-da keçiriləcək.

İBADƏTLƏR CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
Çərşənbə axşamı 12:45 rus dilində
Çərşənbə 12:45 rus dilində
Cümə axşamı 19:00 rus dilində
Cümə 17:30 rus dilində
Şənbə Rəbb Günü Ərəfəsi Messaları: 17:00 italyan dilində, 18:00 ingilis dilində
Bazar (Rəbbin Günü) 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində

 

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
Çərşənbə axşamı 19:00 rus dilində
Bazar (Rəbbin Günü) 11:00 və 19:00 rus dilində