1 AVQUST 2021 IL, ADI DÖVRÜN XVIII RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün Liturgiya Təqvimi

4 avqust, çərşənbə, müqəddəs İohann Mariya Vianney, keşiş – xatirə günü

5 avqust, cümə axşamı, Müqəddəs Məryəmin şərəfinə Roma bazilikasının təqdis edilməsi – xatirə günü, ayın ilk cümə axşamısı 

6 avqust, cümə, RƏBBİN SURƏTİNİN DƏYİŞİLMƏSİ  – bayram, ayın ilk cüməsi 

7 avqust, şənbə, müqəddəs papa II Sikstus və səhabələri, şəhidlər – xatirə günü, ayın ilk şənbəsi 

8 avqust, bazar, ADİ DÖVRÜN XIX RƏBB GÜNÜ  

Apostol Prefekturasının elanları 

Bu həftədə Kilsə öz imanlılarını ayın ilk cümə axşamısında – yeni ruhani çağırışlar üçün dua etməyə, ayın ilk cüməsində – vicdanı sınayıb, tövbə edib, bütün zəifliklərini və ehtiyaclarını İsanın Müqəddəs Ürəyinə etibar etməyə, ayın ilk şənbəsində isə Məryəm Anaya bizim üçün etdiyi dualara görə rəğbət etməyə,  Məryəm Ananın duaları xatirinə bizı bəxş etdiyi bütün lütflərə görə Allaha şükranlıq etməyə dəvət edir.

Avqust ayı ərzində ictimai ibadətlər (Müqəddəs Messalar) haqda məlumat 

Kilsəni ziyarət etmək imkanı, Müqəddəs Messada iştirak etmək və yaxud Sirrləri qəbul etmək haqda cari məlumatı prixodlarda xidmət edən keşişərdən əldə edə bilərsiniz:

Fövqələqdəs Bakirə Məryəm prixodu (Xətai)  : +994-77-542-6670 ( whatsapp-a yazın)

mqd. II İohann Pavel prixodu (Gənclik): İcdimai Müqəddəs Messalar hər bazar günü, saat 11.00-da mqd. II İohann Pavel ibadətgahında keçirilir.  Əlaqə nömrəsi:  +994 50 630 42 37

Rəbbin günlərində və mütləq bayramlarda Messada şəxsən iştirak etməkdən dispensasiya (azad olma) 

Xatlrladırıq ki, davam edən karantin rejimi səbəbindən, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi yerli katolikləri   Rəbbin günlərində və mütləq bayramlarda Messada şəxsən iştirak etmək öhdəliyindən müvəqqəti olaraq azad edir.

Bu azadolma (dispensasiya) növbəti  xəbərdarlığa qədər güvvədə qalır.