10 IYUL 2022 İL, ADİ DÖVRÜN XV RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
11 iyul, bazar ertəsi, mqd. Nursiyalı Benedikt, rahib-ata və Kilsə müəllimi, xatirə günü
15 iyul, cümə, mqd. Bonaventura, yepiskop və Kilsə müəllimi, xatirə günü
16 iyul, şənbə, Karmil dağı Fövqələqdəs Bakirə Məryəm, xatirə günü
17 iyul, bazar, ADİ DÖVRÜN XVI RƏBB GÜBÜ 24 may, çərşənbə axşamı, Məsihilərin Köməkçisi Fövqələqdəs Bakırə Məryəm, xatirə günü. Salezianlar və Köməkçi Məryəmin Qızları ordenində böyük bayram günü.
APOSTOL PREFEKTURASININ ELANLARI
- İmanlıların diqqətinə çatdırırıq ki, iyulun 11-dən iyulun 31-dək mqd. II İohann Pavel prixodu bağlı olacaq. Bununla belə, bazar günləri, yəni iyulun 17, 24 və 31-i, saat 11:00-da mqd. II İohann Pavel prixodunda ya Müqəddə Messa, ya da Yevxaristiya qəbu etməklə Söz Liturgiyası keçiriləcək. Bu müddət ərzində bazar günü axşam Messaları olmayacaq.
- Müqəddəs Ata Fransisk bu il sentyabrın ortalarında Qazaxıstana dövlət və pastır səfəri edəcək. İlkin məlumatlara görə, səfər sentyabrın 14-də baş tutacaq və üç gün davam edəcək. Bu səfərin bütün Mərkəzi Asiya regionu üçün əhəmiyyətini və Xəzəryanı ölkələrin coğrafi və mənəvi yaxınlığını nəzərə alaraq, Azərbaycanın katolikləri Mərkəzi Asiyanın digər ölkələrindən olan qardaş və bacıları ilə birlikdə Papa həzrətlərinin səfəri ilə bağlı ictimai tədbirlərdə və ayinlərdə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, bu səfər Kilsə tərəfindən maliyələşdirilmir və könüllülük əsasında həyata keçirilir, lakin zəvvarların yerləşdirilməsi ev sahibi tərəfindən təmin ediləcək. Əgər imanlılarımız arasında Qazaxıstanın paytaxtı Nursultan şəhərinə səfər etmək istəyənlər varsa, o zaman prixodların baş keşişləri ilə: ata Martin Bonkalo və ata Behbud Mustafayevlə əlaqə saxlamağınız xahiş olunur.
İBADƏTLƏR CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | 12:45 rus dilində |
| Çərşənbə | 12:45 rus dilində |
| Cümə axşamı | 19:00 rus dilində |
| Cümə | 17:30 rus dilində |
| Şənbə | Rəbb Günü Ərəfəsi Messası 18:00 ingilis dilində |
| Bazar (Rəbbin Günü) | 11:00 ingilis dilində
13:00 rus dilində 15:00 azərbaycan dilində |
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | Müvəqqəti olaraq bağlıdır |
| Çərşənbə | Müvəqqəti olaraq bağlıdır |
| Cümə | Müvəqqəti olaraq bağlıdır |
| Şənbə | Müvəqqəti olaraq bağlıdır |
| Bazar (Rəbbin Günü) | 11:00 rus dilində |