11 SENTYABR 2022 İL, ADİ DÖVRÜN XXIV RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

12 sentyabr, bazar ertəsi, MƏRYƏMİN FÖVQƏLƏQDƏS İSMİ, xatirə günü

13 sentyabr, çərşənbə axşamı, mqd. İohann Xrizostom (Qızılkəlam), yepiskop və Kilsə müəllimi, xatirə günü

14 sentyabr, çərşənbə, MÜQƏDDƏS XAÇIN UCALDILMASI, bayram

15 sentyabr, cümə axşamı, Qəmli Fövqələqdəs Bakirə Məryəm, xatirə günü

16 sentyabr, cümə, müqəddəs Korniliy, papa və Kiprian, yepiskop, şəhidlər, xatirə günü

18 sentyabr, bazar, ADİ DÖVRÜN XXV RƏBB GÜNÜ

APOSTOL PREFEKTURASININ ELANLARI

  • Sentyabrın 14-də kilsə Müqəddəs Xaçın ucaldılması Bayramını qeyd edir. Xaç Məsihin ölüm və şər üzərində qələbəsinin simvoludur. Yerusəlimdə, V əsrdən etibarən, Məsihin Dirilməsi kilsəsinin təqdis olunduğu gündən bir gün sonra, yəni sentyabrın 14-ü Xaça ehtiram günü kimi qeyd olunurdu. Bu adətdən bütün Kilsəyə yayılan xüsusi bir bayram yarandı.

Bayram Messaların cədvəli:

Mqs. Məryəm kilsəsində: saat 07:00 ingilis, 12:45 rus dillərində

II İohann Pavel prixodunda: saat 19:00 rus dilində

  • Gələn həftə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete DÜNYA VƏ ƏNƏNƏVİ DİNLƏR LİDERLƏRİNİN VII KONQRESİNDƏ iştirak etmək üçün Qazaxıstanın paytaxtı Nursultan şəhərinə səfər edəcək. Konqres çərçivəsində Zati-Müqəddəsləri Papa Fransisk Qazaxıstana səfər edəcək. Səfərin ilk günü, sentyabrın 13-də Roma Papası Fransisk Qazaxıstan Respublikasının Prezidenti, hakimiyyət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşəcək. Ertəsi gün, sentyabrın 14-də Roma Papası Dünya Dinləri Liderlərinin VII Konqresinin işində iştirak edəcək və “Expo” Beynəlxalq Sərgi Mərkəzinin ərazisində xalqla birlikdə Müqəddəs Messa ibadətinə başçılıq edəcək.

İBADƏTLƏR CƏDVƏLİ

MÜQƏDDƏS MƏRYƏM KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

Çərşənbə axşamı 12:45 rus dilində
Çərşənbə MÜQƏDDƏS XAÇIN UCALDILMASI BAYRAMI

07:00 ingilis, 12:45 rus dillərində

Cümə axşamı 19:00 rus dillərində
Cümə 17:30 rus dilində
Şənbə Rəbbin Günü Ərəfəsi Messası 18:00 ingilis dilində
Bazar (Rəbbin Günü) 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində

 

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Bazar ertəsi Müqəddəs Messa saat 19:00-da, rus dilində
Çərşənbə axşamı Müqəddəs Messa saat 19:00-da, rus dilində
Çərşənbə MÜQƏDDƏS XAÇIN UCALDILMASI BAYRAMI

Müqəddəs Messa saat 19:00-da, rus dilində

Cümə axşamı Müqəddəs Messa saat 19:00 rus dilində
Cümə Saat 18:30-da Müqəddəs Ənamlara Səcdə Ayini, Müqəddəs Messa saat 19:00-da, rus dilində
Şənbə Rəbbin Günü Ərəfəsi Messası saat 19:00-da, latın dilində
Bazar (Rəbbin Günü) Müqəddəs Messalar saat 11:00 və 19:00-da, rus dilində