12 DEKABR 2021 İL, ADVENT DÖVRÜNÜN III RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
13 dekabr, bazar ertəsi, mqd. Lusia, bakirə və şəhid, xatirə günü
14 dekabr, çərşənbə axşamı, mqd. Çarmıx İohann, keşiş və Kilsə müəllimi, xatirə günü
16 dekabr, cümə axşamı, Milad bayramı ərəfəsi novennanın başlanması
17 dekabr, cümə, Advent Dövrünün ikinci hissəsi, Milada yeddigünlük hazırlıq dövrünün başlanması
19 dekabr, bazar, ADVENT DÖVRÜNÜN IV RƏBB GÜNÜ
IBADƏTLƏRİN CƏDVƏLİ
Bildirmək istərdik ki, Müqəddəs Məryəm Ana kilsəsində həftəiçi ibadətlər bərpa olundu
MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | 12:45 rus dilində |
| Çərşənbə | 12:45 rus dilində |
| Cümə axşamı | 19:00 rus dilində |
| Cümə | 17:30 rus dilində |
| Şənbə | 17:00 italyan dilində, 18:00 ingilis dilində (Rəbb Günü Ərəfəsi Messası) |
| Bazar (Rəbb Günü) | 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində |
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Bazar ertəsi | 19:00 rus dilində |
| Çərşənbə axşamı | 19:00 rus dilində |
| Çərşənbə | 19:00 rus dilində |
| Cümə | 18:00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində. Müqəddəs Ənamlara Səcdə Ayini zamanı keşiş sakristiya otağında Tövbə Sirrini qəbul etmək istəyənləri gözləyəcək. |
| Şənbə | Advent dövrü zamanı hər səhər saat 07.00 – Məryəm Ananın şərəfinə “Rorate” Messası, latın dilində 19:00 rus dilində (Rəbb Günü Ərəfəsi Messası |
| Bazar (Rəbb Günü) | 11:00 və 19:00 rus dilində |
Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.
Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.
Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.
Apostol Prefekturasının elanları
MİLAD BAYRAMI ƏRƏFƏSİ NOVENNA
Dekabrın 16-dan dekabrın 24-dək, Kilsə, liturgiya ilinin əhəmiyyətli tarixlərini öncələyən doqquz günlük dua ənənəsinə riayət edərək, Məsihin Mövlüdundan əvvəl Novenna duasını edəcək. Bu novena həm internetdə tapıla bilinəcək hazır mətnlərdən istifadə etməklə, həm də imanlıların Allaha öz sözləri ilə müraciət etməklə oxuna bilər. Novenanın mənası və məqsədi səmimi duanın köməyi ilə ürəklərimizi dünyaya gələn Xilaskarla görüşə hazırlamaqdır. Bu doqquz günlük duada biz Allahdan Əbədi Kəlamın Təcəssüm Sirrini daha dərindən dərk etmək üçün lütfünü diləyirik ki bu Sirrin nurunda yaşaya və iman edə bilək.
ADVENTİN İKİNCİ HİSSƏSİ
Dekabrın 17-dən Adventin ikinci hissəsi adlanan dövr başlayır. Bu yeddi gün ərzində – dekabrın 17-dən 23-dək, Kilsədə, Axşam Duası zamanı, Məryəmin Nəğməsindən əvvəl, “O atnifonları” adlanan Milad-öncəsi yeddi antifonlardan biri oxunur. Bu antifonların hər biri Məsihi Əhdi-Ətiq titulları ilə izzətləndirir. Beləliklə, Kilsə Onun gözlədiyi Xilaskarın Allahın vəd etdiyi və peyğəmbərlər tərəfindən elan edilmiş Məsih olmasına şəhadət edir. İmanlılara bu yeddi gün ərzində ən azı Saatlar Liturgiyasının Axşam duasını etmək tövsiyə olunur.
MQD. II İOHANN PAVELPRİXODUNDA (Gənclikdə) “RORATE” MESSALARI
Hər şənbə, səhər saat 7.00-da II İohann Pavel prixodunda (Gənclikdə) Fövqələqdəs Bakirə Məryəmin şərəfinə “Rorate” adlanan xüsusi Messalar keçiriləcək. Kilsəsin bu qədim ənənəsi Məsih Mövludun Məryəm Ana ilə birlikdə gözlənməsi ilə bağlıdır. Seçilmiş Xalqın övladı kimi Məryəm Xilaskar Məsihin intizarında idi, Rəbbin Anası şərəfinə nail oldu və indi, Səmalarda Oğluna qovuşaraq, Məryəm Dua vəsatətçiliyi ilə bizə Məsihi tapmağa və səmaya çatmağa yardım edir. Qeyd edək ki, “Rorate” Messaları latın dilində keçiriləcək. Yalnız oxunuşlar və vəz rus dilində olacaq.
Dekabrın 19-u bu Adventin sonuncu Rorate Messası olacaq, çünki növbəti şənbə günü, dekabrın 25-i artıq Milad Bayramıdır.