12 DEKABR – AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ, HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edir.
12 dekabr,  Azərbaycan Xalqının Ümumilli Lideri, Heydər Əliyevin anım günündə, Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi Azərbaycanın ənənəvi dinlərin rəhbərləri qrupu ilə birlikdə, böyük dövlət xadiminin Fəxri Xiyabanda məzarını ziyarət etmişdir.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dini rəhbərlərin birgə duası ilə yad edildi.