13 Dekabr 2020-ci il, 3 cü Rəbb günü advent dövrünün elanları

13 Dekabr 2020-ci il, 3 cü Rəbb günü advent dövrünün elanları


Kilsənin və Apostol Prefekturasının elanları

Katolik Kilsəsinin fəaliyyəti və Advent dövründə kilsəni pandemiya şəraitində ziyarət etmək imkanı:

Baxmayarq ki, Sərt karantin şərtləri kilsəni ziyarət etmə imkanlarımızı məhdudlaşdırır, Biz sizə Milad bayramına mənəvi hazırlıq üçün mövcud fürsətlərdən istifadə etməyi təklif edirik..

Mövcud şəraitdə Xətaidə ki, Kilsə, ( karantin qaydalarına və bütün profilaktik tədbirlərə uyğun olaraq ) çərşənbə axşamıdan – cümə gününə qədər yalnız şəxsi dua, keşişlə söhbət etmək və Müqəddəs ayinləri qəbul etmək üçün açıq olacaq. Kilsənin ziyarət üçün açıq olduğu vaxt cədvəlinə catholic.az səhifəmizdə və ya kilsə qapılarına nəzər salaraq baxa bilərsiniz. 

Rəbb günü Müqəddəs Messası, bazar günü saat 11:00-da Cənab Yepiskop Həzrətlərinin şəxsi ibadətgahından YouTube kanalımız vasitəsilə rus dilində canlı yayımlanacaq.

Karantin qaydalarına görə hər hansı bir dəyişiklik baş verərsə, dərhal internet saytımız və ya Facebook səhifəmiz vasitəsilə ibadətçiləri məlumatlandıracağıq.

Kilsəyə gəlmək, ayinləri qəbul etmək və digər xidmətlər ilə əlaqədar bütün suallarınız üçün kilsə kahinləri ilə telefonla əlaqə saxlaya bilərsiniz: Rus qrupu üçün Ata Emil (0506668507), Xətaidə ki, kilsənin baş Keşişi Ata Selva (0514961093) İngilis dilində danışanlar üçün isə Ata Yusif (0503056460 – Gənclikdə ki,ibadətgah)

 

Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma:

Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.


Növbəti həftə üçün liturgiya təqvimi 

14 dekabr, Bazar ertəsi, Kilsənin müəllimi və keşişi olan müqəddəs Xaçlı Yəhyanın xatirə günüdür

17 dekabr, cümə axşamı, Advent dövrünün ikinci hissəsi başlayır. Bu, sadiqlərin ruhani cəhətdən İsa Məsihin dünyaya gəlməsi hadisəsinə yönəldiyi vaxtdır.

20 dekabr bazar günü, 4-cü Rəbb günü advent dövrüdür