13 MART 2022 İL, BÖYÜK ORUCUN II RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
17 mart, cümə axşamı, müqəddəs Patrik, yepiskop, İrlandiyanın və İslandiyanın hamisi, xatirə günü
18 mart, cümə, müqəddəs Yerusəlimli Kirill, yepiskop və Kilsə müəllimi, xatirə günü
19 mart, şənbə, FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN NİŞANLISI, MÜQƏDDƏS YUSİF, Böyük Bayram
20 mart, bazar, BÖYÜK ORUCUN III RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
Fövqələqdəs Bakirə Məryəmin Nişanlısı, Müqəddəs Yusif, Böyük Bayram
İncilə görə, Yusif Bakirə Məryəm Müqəddəs Ruhdan hamilə qaldığı zaman onunla nişanlı olub. Yusifə yuxuda görünən Mələk onu Bakirə Məryəmin analığının sirri ilə tanış etdi və Yusifə Məryəmin ərinə kimi müraciət edərək, ona Məryəmin Oğlu üçün yer üzündə ata olmağı tapşırdı. Saleh və mömin insan olan Yusif Allahın əmrinə əməl etdi və İsaya münasibətdə atalığın bütün hüquqlarına sahib olaraq, Onun üçün “Səmavi Atanın kölgəsi” oldu. Müqəddəs Akvinalı Tomas deyirdi ki, Yusifin atalığı İsanı qəbul və tərbiə etməklə gerçəkləşdi.
Müqəddəs Yusifin Bayramı mütləq bayram sayılır.
Bayram Messaları
Müqəddəs Məryəm kilsəsində:
18 mart, cümə, bayram ərəfəsi – 17:30 rus dilində
19 mart, şənbə, bayram günü – 07:00 ingilis dilində, 12:45 rus dilində
Müqəddəs II İohann Pavel prixodunda
18 mart, cümə, bayram ərəfəsi – 19:00 rus dilində
Hər bazar mqd. Məryəm kilsəsində – saat 12:30
Hər cümə mqd. II İohann Pavel prixodunda – 19:00-da olan Müqəddəs Messadan sonra.
