14 NOYABR 2021, ADİ DÖVRÜN XXXIII RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi 

17 noyabr, çərşənbə, müqəddəs Macarıstanlı Elizabet, rahibə, xatirə günü

21 noyabr, bazar , RƏBBİMİZ İSA MƏSİH, KAİNATIN PADŞAHI, Böyük Bayram

Apostol Prefekturasının elanları

Ərafda olan mərhumlar üçün indulgensiyanın alınması 

Noyabr ayının 1-dən 8-nə kimi olan okatava ərzində mərhumlar üçün tam indulgensiyanın alınması

Kilsə adətinə görə, noyabr ayının ilk oktavası ərzində, yəni 1-dən 8-ə kimi  – imanlılara ərafda olan mərhumlar üçün tam ingulgensiya almaq imkanı verilir. İndulgensiyanın alınması üçün bu şərtlər yerinə yetirilməlidir: hər hansısa bir qəbristanlığı ziyarət etmək, mərhumlara görə dua etmək, Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və Müqəddəs Atanın niyyətləri üçün dua etmək.

Bununla belə, COVID-19 pandemiyası ilə bağlı mümkün məhdudiyyətləri nəzərə alaraq, Kilsə ərafda olan mərhumlar üçün tam indulgensiyanın alınması imkanını, yuxarıda göstərilən şərtlərə əməl etməklə, bütün noyabr ayına şamil edir.

Ahıl, xəstə və ya evini tərk edə bilməyən insanlar, mərhumlara görə tam indulgensiyanı ruhən digər imanlılarla birləşərək, bütün günahlardan uzaqlaşaraq və ilk fürsətdə indulgensiya alınmasının mütləq şərtlərini yerinə yetirmək niyyətində olalaq  ala bilərlər. Onlar İsanın və ya Fövqələqdəs Məryəm Ananın surəti qarşısında mərhumlar üçün dua etməli, məsələn “Breviari”-nin (Gündəlik Mədhlər) Səhər və ya Axşam duasını, Rozari və ya İlahi  Mərhəmət çələngi dualarını oxumalı,  Mərhumlar üçün Liturgiyanın İnclidən olan oxunuşu üzərində dua ilə düşünməli, mərhəmət işlərini görməli və öz məhdudiyyətlərini və ağrılarını Allaha qurban kimi təqdim etməlidir.

IBADƏTLƏRİN CƏDVƏLİ

Bildirmək istərdik ki, Müqəddəs Məryəm Ana kilsəsində həftəiçi ibadətlər bərpa olundu.

Çərşənbə axşamı 12:45 rus dilində
Çərşənbə 12:45 rus dilində
Cümə axşamı 19:00 rus dilində
Cümə 17:30 rus dilində
Şənbə 18:00 ingilis dilində (Rəbb Günü Ərəfəsi Messası)
Bazar 07:00 və 11:00 ingilis dilində, 13:00   rus dilində

 

 Fövqələqdəs Bakirə Məryəm (Xətaidə) və mqd. II İohann Pavel prixodlarında keçirilən ibadətlər haqda məlumatı  https://www.catholic.az/az/services internet səhifəsindən əldə edə bilərsiniz.

Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.  

Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.

Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.