15 AVQUST 2021 İL, FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÖYLƏRƏ GÖTÜRÜLMƏSİ BAYRAMI GÜNÜNƏ OLAN ELANLAR
NÖVBƏTİ HƏFTƏ ÜÇÜN LİTURGİYA TƏQVİMİ
16 avqust, bazar ertəsi, müqəddəs Macarıstanlı Stefan, xatirə günü
19 avqust, cümə axşamı, müqəddəs İoann Ed, keşiş, xatirə günü
20 avqust, cümə, müqəddəs Bernard, ata və Kilsə müəllimi, xatirə günü
21 avqust, şənbə, müqəddəs X Pius, Roma Papası, xatirə günü
22 avqust, bazar günü, ADİ DÖVRÜN XXI RƏBB GÜNÜ
Apostol Prefekturasının elanları
Bu həftədə Kilsə öz imanlılarını ayın ilk cümə axşamısında – yeni ruhani çağırışlar üçün dua etməyə, ayın ilk cüməsində – vicdanı sınayıb, tövbə edib, bütün zəifliklərini və ehtiyaclarını İsanın Müqəddəs Ürəyinə etibar etməyə, ayın ilk şənbəsində isə Məryəm Anaya bizim üçün etdiyi dualara görə rəğbət etməyə, Məryəm Ananın duaları xatirinə bizı bəxş etdiyi bütün lütflərə görə Allaha şükranlıq etməyə dəvət edir.
Avqust ayı ərzində ictimai ibadətlər (Müqəddəs Messalar) haqda məlumat
Kilsəni ziyarət etmək imkanı, Müqəddəs Messada iştirak etmək və yaxud Sirrləri qəbul etmək haqda cari məlumatı prixodlarda xidmət edən keşişərdən əldə edə bilərsiniz:
Fövqələqdəs Bakirə Məryəm prixodu (Xətai) : +994-77-542-6670 ( whatsapp-a yazın)
mqd. II İohann Pavel prixodu (Gənclik): İctimai Müqəddəs Messalar aşağıda verilən cədvələ əsasən keçirilir. Əlaqə nömrəsi: +994 50 630 42 37
| bazar ertəsi | 19.00 |
| çərşənbə | 19.00 |
| cümə | 18.00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19.00 – Müqəddəs Messa |
| şənbə | Rəbb Günü Ərəfəsi 19.00 |
| bazar | 11:00 və 19.00 |
Əlaqə nömrəsi: +994 50 630 42 37
Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.
Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.
Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.
MÜQƏDDƏS HƏVARİ BARTALMAYIN BAYRAMI
24 avqust tarixində Katolik Kilsəsi İsa Məsihin 12 həvarisindən biri olan, müqəddəs həvari Bartalmayın xatirəsini bayram kimi qeyd edir. Bartalmayın həvariliyə çağrılması tarixi Yəhyanın qələmə aldığı İncilin 1-ci fəsilində yazılıb. Bibliyaşünaslıq və Kilsə Rəvayətinə görə, Məsih tərəfdən “ürəyində hiylə olmayan İsrailli” adlanan Natanael gələcəkdə həvari Bartalmay kimi tanınacaq şəxsdir. Bartalmay -aramey dilində olan ata adıdır və əslində “bar-Tulmay” yəni Tulmayın oğlu mənasını verir. Beləliklə həvari Bartalmayın tam adı – Tulmay oğlu Natanael (Nataniel bar-Tulmay).
Azərbaycanda olan Kilsə üçün həvari Bartalmayın şəxsiyyətinin müstəsna mənası var. Qədim Kilsə Rəvayətinə görə, həvari Bartalmay müasir Azərbaycanın yerləşdiyi torpaqlarda İncili vəz etmək üçün seçilmişdir. Bu o deməkdir ki, Azərbaycanda xristianlıq tarixinin və Kilsənin həvari mənşəyi var. Elə burada da, Xəzər dənizinin sahilində, qədim Albana şəhərində (Şərqi Kilsənin Rəvayətinə görə bu Bakı şəhərinin özüdür) müqəddəs Bartalmay Məsihin Adına görə şəhid kimi edam edilir: onun dərisi diri-diri soyulur və başı kəsilir.
Buna görə biz həvari Bartalmaya ilk öncə Azərbaycanda Kilsənin və bütün ölkəmizin və xalqımızın hamisinə kimi ehtiram edirik.
23 avqust, bazar ertəsi günü, saat 19.00 mqd. II İohann Pavel ibadətgahında (Gənclikdə) mqd. həvari Bartalmay Bayramının Ərəfə Messası keçiriləcək. 24 avqust, çərşənbə axşamı – Bayram Messası, yenə də saat 19.00 keçiriləcək.
Bütün katolikləribizim müqəddəs hamimizə həsr edilmiş bayram ibadətlərində iştirak etməyə dəvət edirik.
Xatırlatmaq istərik ki, ictimai ibadətlərdə iştirak etmək üçün COVID-19 infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənədi və yaxud immunitet sertifikatını (xəstələnib sağalanlar üçün) təqdim etmək lazımdır.
Bayrama qədər olan müddətdə Kilsə bütün yerli katoliklərə təklif edir ki, müqəddəs Bartalmaya fərdi şəkildə dua ilə ehtiram etsinlər, ondan ölkəmiz, millətimiz, Azərbaycanda sülh və əminəmanlıq üçün, Kilsəmiz üçün dua etməyini diləsinlər. İmanımızın və hamimiz ilə mənəvi bağların möhkəmlənməsi üçün mqd. Bartalmayın rəvayətə görə edam edilyini yerə – Qız Qalasıın ətəyinə şəxsi zəvvarlığın faydası da böyük olar.
Rəbbin günlərində və mütləq bayramlarda Messada şəxsən iştirak etməkdən dispensasiya (azad olma)
Xatlrladırıq ki, davam edən karantin rejimi səbəbindən, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi yerli katolikləri Rəbbin günlərində və mütləq bayramlarda Messada şəxsən iştirak etmək öhdəliyindən müvəqqəti olaraq azad edir.
Bu azadolma (dispensasiya) növbəti xəbərdarlığa qədər güvvədə qalır.