15 NOYABR 2020-ci IL, 33-ci RƏBB GÜNÜ ADİ DÖVRÜN ELANLARI

15 NOYABR 2020-ci IL, 33-ci RƏBB GÜNÜ ADİ DÖVRÜN ELANLARI


Kilsənin və Apostol Prefekturasının elanları

Ərafda ki, insan canları üçün indulgensiya almaq imkanı:

COVID-19 pandemiyası ilə əlaqədar olaraq, ərafda olan insan canları üçün tam indulgensiya əldə etmək üçün, ibadətçilərin təhlükəsizliyinə zəmanət verən şərtlərə uyğun olaraq bütün noyabr ayı üçün uzadıldı. 

  1. İmanlıların məzarlığı ziyarət edərək mərhumlar üçün dua etməklə əldə etmək istədikləri tam indulgensiya, kilsə qaydaları ilə müəyyənləşdirildiyi kimi 1-8 noyabr tarixlərində deyil, noyabrın istənilən günü əldə edilə bilər.

2.Noyabr 2-si Mərhumların xatirəsinin anım günündə kilsəni ziyarət edərək “Atamız” “İman rəmzi” dua etməklə tam indulgensiyanın əldə olunmasını istəyənlər, həm sadiq şəxs tərəfindən sərbəst şəkildə seçilən noyabr ayının başqa bir günündə əldə oluna bilər (İndulgensiyanı əldə etməyin ümumi şərtlərini xatırladırıq: Tövbə sirri qəbul etmək, Evxaristiya birləşməsi almaq, Müqəddəs Atanın ehtiyacları üçün dua etmək, və özünü günahdan uzaqlaşdırmaq gərəkdir). 

3.Yaşlılar, xəstələr və epidemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərə görə evdən çıxa bilməyənlər, ruhani cəhətdən digər sadiqlərə qoşularaq mərhumalar üçün tam indulgensiya əldə edə bilərlər, özlərini günahdan tamamilə uzaqlaşdırmalı və ilk fürsətdə indulgensiya yerinə yetirmək niyyətində olmalıdırlar. İndulgensiya üçün şərtlər. İsa və Müqəddəs Bakirə Məryəmin simasının qarşısında mərhumlar üçün dualar oxumalı, məsələn, Səhər mədhlərindən və ya Axşam mədhlərində zəburlar, Allahın Mərhəmətinə rozari duası, və ya Məryəm ananın rozarilərindən, və yaxud Liturgiyanın İncildən Mərhumlar üçün təklif edilən hissəsini oxumağa vaxt həsr edə bilərlər və ya öz həyatlarının xəstəliklərini və çətinliklərini Allaha təqdim edərək bir mərhəmət işi yerinə yetirə bilərlər.

Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı:

Mövcud şəraitdə Xətaidə ki, Kilsə, ( karantin qaydalarına və bütün profilaktik tədbirlərə uyğun olaraq ) çərşənbə axşamıdan – şənbə gününə qədər yalnız şəxsi dua, keşişlə söhbət etmək və Müqəddəs ayinləri qəbul etmək üçün açıq olacaq. Kilsənin ziyarət üçün açıq olduğu vaxt cədvəlinə catholic.az səhifəmizdə və ya kilsə qapılarına nəzər salaraq baxa bilərsiniz. 

Müqəddəs Messa canlı yayınımız bazar günü saat 13:00-da YouTube kanalımızda rus dilində davam edir.

Karantin qaydalarına görə hər hansı bir dəyişiklik baş verərsə, dərhal internet saytımız və ya Facebook səhifəmiz vasitəsilə ibadətçiləri məlumatlandıracağıq.

Kilsəyə gəlmək, ayinləri qəbul etmək və digər xidmətlər ilə əlaqədar bütün suallarınız üçün kilsə kahinləri ilə telefonla əlaqə saxlaya bilərsiniz: Rus qrupu üçün Ata Emil (0506668507), Xətaidə ki, kilsənin baş Keşişi Ata Selva (0514961093) İngilis dilində danışanlar üçün isə Ata Yusif (0503056460 – Gənclikdə ki,ibadətgah)

Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma:

Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.


Növbəti həftə üçün liturgiya təqvimi

16 Noyabr, bazar ertəsi, Şotlandiyalı Müqəddəs Margarita və Müqəddəs bakirə Qertrudenin xatirə günləridir və həmçinin bu gün Mərhəmət Anası, Şəfqət Qapısı Məryəminin ikonasının xatirəsi qeyd olunur.  

17 Noyabr çərşənbə axşamı, Müqəddəs rahibə, Macaristanlı Elizavetin xatirə günüdür.

18 Noyabr, çərşənbə günü, Müqəddəs Həvarilər Peter və Paulun Roma bazilikalarının təqdis olunmasının xatirə günüdür.

21 Noyabr, şənbə günü, Müqəddəs Məryəmin kilsəyə həsr olunmasının xatirə günüdür.

22 Noyabr, bazar günü, Məsih – Kainatın Padişahı bayramıdır.