17 İYUL 2022 İL, ADİ DÖVRÜN XVI RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
22 iyul, cümə, müqəddəs Məcdəli Məryəm, bayram
24 iyul, bazar, ADİ DÖVRÜN XVII RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
- İmanlıların diqqətinə çatdırırıq ki, iyulun 31-dək mqd. II İohann Pavel prixodu bağlı olacaq. Bununla belə, bazar günləri, yəni iyulun 24 və 31-i, saat 11:00-da mqd. II İohann Pavel prixodunda ya Müqəddə Messa, ya da Yevxaristiya qəbu etməklə Söz Liturgiyası keçiriləcək. Bu müddət ərzində bazar günü axşam Messaları olmayacaq.
Müqəddəs Ata Fransisk bu il sentyabrın ortalarında Qazaxıstana dövlət və pastır səfəri edəcək. İlkin məlumatlara görə, səfər sentyabrın 14-də baş tutacaq və üç gün davam edəcək. Bu səfərin bütün Mərkəzi Asiya regionu üçün əhəmiyyətini və Xəzəryanı ölkələrin coğrafi və mənəvi yaxınlığını nəzərə alaraq, Azərbaycanın katolikləri Mərkəzi Asiyanın digər ölkələrindən olan qardaş və bacıları ilə birlikdə Papa həzrətlərinin səfəri ilə bağlı ictimai tədbirlərdə və ayinlərdə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, bu səfər Kilsə tərəfindən maliyələşdirilmir və könüllülük əsasında həyata keçirilir, lakin zəvvarların yerləşdirilməsi ev sahibi tərəfindən təmin ediləcək. Əgər imanlılarımız arasında Qazaxıstanın paytaxtı Nursultan şəhərinə səfər etmək istəyənlər varsa, o zaman prixodların baş keşişləri ilə: ata Martin Bonkalo və ata Behbud Mustafayevlə əlaqə saxlamağınız xahiş olunur.
Müqəddəs Ata Fransisin qərarı ilə artıq iyul ayının hər 4-cü bazar günü Ümumdünya Ahıllar Günü kimi qeyd olunur. Bu gün Kilsə öz sadiqlərini yaşlılar, qoca valideynlərimiz, nənə və babalarımız üçün xüsusi dualar etməyə çağırır, çünki Papa Fransisin dediyi kimi, “Yaşlı insanlar çox vaxt unudulmuş qalırlar, hərçənd onlar bizim köklərimizin və dəyərlərimizin zənginliyini təmsil edir və bu zənginliyi gələcək nəslə ötürürlər. Ahıl insanlar bir hədiyyədir”. Həmin gün təsadüfən seçilməyib, çünki təqvimdə Müqəddəs Məryəmin valideynləri, Rəbb Məsihin babası və nənəsi olan Yoahim və Hannanın xatirə gününə yaxındır.
İBADƏTLƏR CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | 12:45 rus dilində |
| Çərşənbə | 12:45 rus dilində |
| Cümə axşamı | 19:00 rus dilində |
| Cümə | 17:30 rus dilində |
| Şənbə | Rəbb Günü Ərəfəsi Messası: 18:00 ingilis dilində |
| Bazar (Rəbbin Günü) | 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində |
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Bazar ertəsi | Müvəqqəti olaraq bağlıdır |
| Çərşənbə axşamı
|
Müvəqqəti olaraq bağlıdır |
| Çərşənbə | Müvəqqəti olaraq bağlıdır |
| Cümə axşamı | Müvəqqəti olaraq bağlıdır |
| Şənbə | Müvəqqəti olaraq bağlıdır |
| Bazar (Rəbbin Günü) | 11:00 rus dilində |