17 OKTYABR 2021, ADİ DÖVRÜN XXIX RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
18 oktyabr, bazar ertəsi, müqəddəs müjdəçi Lukanın bayramı
22 oktyabr, cümə, müqəddəs roma papası II İohann Pavel, xatirə günü: mqd. II İohann Pavel prixodunda taxt-tac bayramı
24 oktyabr, bazar, ADİ DÖVRÜN XXX RƏBB GÜNÜ
Apostol Prefekturasının elanları
Ümumdünya Missiya Günü
Yaranmış ənənəyə görə, hər il oktyabr ayının üçüncü bazar günündə Kİlsə Ümumdünya Missiyalar Gününü qeyd edir. Həmin günü bütün prixodlarda papanın katolik missiyalara yardım fonduna ianələr toplanılır. Həmin vəsaitdən Kilsə müjdəçi fəaliyyətini çətin vəziyyətdə icra edənlərə yardım edir. Lakin bu il Ümumdünya Missiyalar Gününü oktyabrın dördüncü bazar gününə keçirmək qərara alınmışdır. İanələrin könüllü olaraq toplanması bizim proxodlarda da təşkil olunacaq. Biz hər zaman xatırlamalıyıq ki, bizim də Kilsəmizə bir neçə dəfə Ümumdünya Missiyalar Günündə toplanan vəsaitldən yardım edilib və həmin yardım bu gün də davam edir..
2021-ci ilin Ümumdünya Missayal Gününün mövzusu kimi Msüqəddəs Yazının Həvarilərin İşləri Kitabından bir sitat seçilib: “Axı eşidib-gördüklərimizi deməyə bilmərik” (Həv 4, 20). Bu sözlər məsihi missiyasının və müjdəçiliyin mahiyyətini – Məsih ilə şəxsi görüşümüz haqda başqalarına danışmağı – ən gözəl şəkildə ifadə edir. Missioner fəaliyyəti həmin görüşdən irəli gələn xilasedici sevinclə səmimiyyət və səxavətlə bölüşməyin üzərində qurulmalıdır. Ona görə Kilsə bizi düşünməyə dəvət edir: biz doğrudanmı haqqında susa bilməcəyimiz Onu eşidib-görmüşük? Başqalarına Məsihə aparan yolu göstərməkdə bizə mane olan mənəvi tənbəllik və xəsislik bizə də aiddir ya yox?
Müqəddəs II İohann Pavelin bayramı
22 oktyabr Kilsə müqəddəs roma papası II İohann Pavelin xatirəsini qeyd edir.
Müqəddəs II İohann Pavelin Azərbaycandakı Kilsə üçün müstəsta mənası var. O ölkəmizə səfər edən ilk Roma Pontifiki olub. Onun xüsusi nüfuzu, xeyirdulaları və artıq çox ağır xəstə olmasına baxmayaraq ölkəmizə səfər edib göstərdiyi fədakarlığı Azərbaycanda Katolik Kilsəsinin bərpası işində böyük rol oynamışdır.
Mqd. II İohann Pavel prixodunda onun xaritə günü “taxt-tac”, yəni kilsə bayramı kimi qeyd edilir. Bütün imanlıları təntənəli liturgiyada iştirak edərək, II İohann Pavelə görə, onun dua vəsatətçiliyi ilə əldə etdiyimiz bütün lütf və təvəccöhlərə görə Allaha şükr etməyə dəvət edirik.
Oktyabr ayı – Müqəddəs Rozari duası ayıdır
Kilsə ənənəsinə görə oktyabr ayı müqəddəs Rozari duasına həsr edilib.
Öz sadəliyi və dərin mənasına görə Rozari bu gün də çox əhəmiyyətli dua olaraq qalır və müqəddəslik bəhrələrini gətirir. Lurd (1858) və Fatima (1917) şəhərlərində zühuru zamanı Məryəm Ana bütün insanları bu duanı etməyə çağırıb.
Rozarinin kilsədə və ibadətgahda, ailədə və ya imanlılar icmasında şüurlu şəkildə, inamla, hər sirrin üzərində düşünərək oxunması, bütün digər adi şərtlərin yerinə yetirilməsi ilə, tam indulgensiya bəxş edə bilər.
İctimai ibadətlər (Müqəddəs Messalar) haqda məlumat
Kilsəni ziyarət etmək imkanı, Müqəddəs Messada iştirak etmək və yaxud Sirrləri qəbul etmək haqda cari məlumatı prixodlarda xidmət edən keşişərdən əldə edə bilərsiniz:
Fövqələqdəs Bakirə Məryəm prixodu (Xətai) : +994-77-542-6670 ( whatsapp-a yazın)
| Bazar | Müqəddəs Messalar: saat 11.00-da ingilis dilində, saat 13.00-da rus dilində |
Mqd. II İohann Pavel prixodu (Gənclik): İctimai Müqəddəs Messalar aşağıda verilən cədvələ əsasən keçirilir. Əlaqə nömrəsi: +994 50 630 42 37
| bazar ertəsi | 18.45 mqd. Rozari duası, duadan sonra Müqəddəs Messa |
| çərşənbə axşamı | 18.45 mqd. Rozari duası, duadan sonra Müqəddəs Messa |
| çərşənbə | 18.45 mqd. Rozari duası, duadan sonra Müqəddəs Messa |
| cümə | 18.00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19.00 – Müqəddəs Messa |
| şənbə | 18.45 mqd. Rozari duası, duadan sonra Müqəddəs Messa |
| bazar
(Rəbbin Günü) |
11:00 və 19.00 – Müqəddəs Messa.
10.30 və 18.45 – mqd. Rozari duası |
Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.
Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.
Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.