19 DEKABR 2021 İL, ADVENT DÖVRÜNÜN IV RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

24 dekabr, cümə, MİLAD BAYRAMI ƏRƏFƏSİ

25 dekabr, şənbə, MİLAD BAYRAMI

26 dekabr, bazar, MÜQƏDDƏS AİLƏ – İSA, MƏRYƏM VƏ YUSİF BAYRAMI

IBADƏTLƏRİN CƏDVƏLİ
 Əziz dostlar,

Təəssüflər olsun ki, hazırda davam edən koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kilsələrdə və məscidlərdə eyni vaxtda ibadət edənlərin sayı 50 nəfərlə məhdudlaşdırılıb.

Buna görə də, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası Milad Ərəfəsi Günü və Milad Bayramı Günü  bir neçə Müqəddəs Messa keçirmək qərarına gəlib. Bu, bütün möminlərin bayram ibadətlərində iştirak edə bilməsi üçün edilir. Kilsə hər kəsdən bu məcburi tədbirlərə anlayışla yanaşmağı xahiş edir 

Müqəddəs Məryəm kilsəsində Messaların vaxtını öyrənmək üçün zəhmət olmasa 077 542 26 60 whatsapp nömrəsi ilə əlaqə saxlayın. 

Xüsusi təəssüf hissi ilə biz qeyri-katoliklərdən Milad ərəfəsində və Milad günündə Müqəddəs Messalara qatılmaqdan çəkinməyi xahiş etməliyik. Biz hər zaman başqa din və inanclardan olan qardaş və bacılarımızı qonaq etməkdən məmnunuq, lakin ibadətdə iştirakla bağlı say məhdudiyyətlərini nəzərə almalıyıq.

Bununla belə, Milad zamanı kilsəni ziyarət etmək istəyən hər kəs, kilsənin ictimaiyyət üçün açıq olduğu müddətdə, ibadət zamanından kənar istənilən vaxt bunu etməkdə sərbəstdir.

Anlayışınız üçün əvvəlcədən təşəkkür edirik.

MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 
Çərşənbə axşamı 12:45 rus dilində
Çərşənbə 12:45 rus dilində
Cümə axşamı 19:00 rus dilində
Cümə MİLAD BAYRAMI ƏRƏFƏSİ MÜQƏDDƏS MESSALAR

Zəhmət olmasa 077 542 26 60 whatsapp nömrəsi ilə əlaqə saxlayın. 

Şənbə MİLAD BAYRAMI MÜQƏDDƏS MESSALAR

Zəhmət olmasa 077 542 26 60 whatsapp nömrəsi ilə əlaqə saxlayın. 

Bazar (Rəbb Günü) 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ  
Bazar ertəsi 19:00 rus dilində
Çərşənbə axşamı 19:00 rus dilində
Çərşənbə 19:00 rus dilində
Cümə MİLAD BAYRAMI ƏRƏFƏSİ
Şənbə MİLAD BAYRAMI

11:00 – rus dilində

19:00 – rus dilində

Zəhmət olmasa seçiminizi edin və bu barədə ata Behbuda məlumat verin

Bazar (Rəbb Günü) 11:00 və 19:00 rus dilində

Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.  

Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.

Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.

Apostol Prefekturasının elanları
MİLAD BAYRAMI ƏRƏFƏSİ NOVENNA

Dekabrın 16-dan dekabrın 24-dək, Kilsə, liturgiya ilinin əhəmiyyətli tarixlərini öncələyən doqquz günlük dua ənənəsinə riayət edərək, Məsihin Mövlüdundan əvvəl Novenna duasını edəcək. Bu novena həm internetdə tapıla bilinəcək hazır mətnlərdən istifadə etməklə, həm də imanlıların Allaha öz sözləri ilə müraciət etməklə oxuna bilər.  Novenanın mənası və məqsədi səmimi duanın köməyi ilə ürəklərimizi dünyaya gələn Xilaskarla görüşə hazırlamaqdır. Bu doqquz günlük duada biz Allahdan Əbədi Kəlamın Təcəssüm Sirrini daha dərindən dərk etmək üçün lütfünü diləyirik ki bu Sirrin nurunda yaşaya və iman edə bilək.

ADVENTİN İKİNCİ HİSSƏSİ

Dekabrın 17-dən Adventin ikinci hissəsi adlanan dövr başlayır. Bu yeddi gün ərzində – dekabrın 17-dən 23-dək, Kilsədə, Axşam Duası zamanı,  Məryəmin Nəğməsindən əvvəl, “O atnifonları” adlanan Milad-öncəsi yeddi antifonlardan biri oxunur.  Bu antifonların hər biri Məsihi Əhdi-Ətiq titulları ilə izzətləndirir. Beləliklə, Kilsə Onun gözlədiyi Xilaskarın Allahın vəd etdiyi və peyğəmbərlər tərəfindən elan edilmiş Məsih olmasına şəhadət edir. İmanlılara bu yeddi gün ərzində ən azı Saatlar Liturgiyasının Axşam duasını etmək tövsiyə olunur.