19 MART 2023-CÜ İL, BÖYÜK ORUCUN IV RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi
20 mart, bazar ertəsi, ƏQDƏS BAKİRƏ MƏRYƏMİN NİŞANLISI MQD. YUSİFİN BAYRAMI
25 mart, şənbə, RƏBBİN MÜJDƏSİ BAYRAMI
26 mart, bazar, BÖYÜK ORUCUN V RƏBB GÜNÜ

APOSTOL PREFEKTURASININ ELANLARI

  • 19 mart tarixində Katolik Kilsəsi Əqdəs Bakirə Məryəmin nişanlısı, müqəddəs Yusifin bayramını qeyd edir. Lakin, bu il 19 mart Rəbbin Gününə təsadüf etdiyindən, bayram 20 mart tarixində keçiriləcək. Bayram Messaları mqd. Məryəm kilsəsində səhər saat 07:00-da ingilis, 12:45-də və 19:00-da rus dillərində, mqd. II İohann Pavel prixodunda saat 19:00-da azərbaycan dilində keçiriləcək.
  • 25 mart tarixində Kilsə Xilas tarixinin böyük hadisəsini – Ali-Mələk Cəbrayıl tərəfindən Bakirə Məryəmə Onun Xilaskar Məsihin Anası olacağı haqda xəbərin verilməsini tərənnüm edir. Bu bayram Rəbbin Müjdəsi və ya Allahın Əqdəs Validəsinə Müjdənin Verilməsi adı almışdır. Bayram Messaları 24 mart, Bayram Ərəfəsi günü, mqd. Məryəm kilsəsində saat 17:30-da rus dilində, mqd. II İohann Pavel prixodunda 19:00-da rus dilində və 25 mart, Bayram günü, mqd. Məryəm kilsəsində səhər saat 07:00-da ingilis, 12:45-də rus dillərində keçiriləcək.

İBADƏTLƏR CƏDVƏLİ

MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ

Bazar ertəsi 20.03.2023 ƏQDƏS BAKİRƏ MƏRYƏMİN NİŞANLISI, MQD. YUSİFİN BAYRAMI

Bayram Messaları: 07:00-da ingilis, 12:45 və 19:00-da rus dillərində

Çərşənbə axşamı 21.03.2023 12:45 rus dilində
Çərşənbə 22.03.2023 12:45 rus, 18:00 azərbaycan dilində
Cümə axşamı 23.03.2023 19:00 rus dilində
Cümə 24.03.2023 RƏBBİN MÜJDƏSİ BAYRAMI ƏRƏFƏSİ

17:30 – rus dilində

Şənbə 25.03.2023 RƏBBİN MÜJDƏSİ BAYRAMI

Bayram Messaları: 07:00 ingilis, 12:45 rus dillərində.

Rəbbin Günü Ərəfəsi Messası

18:00 ingilis dilində

Bazar 26.03.2023 07:00 və 11:00 – ingilis, 13:00 – rus, 15:00 – azərbaycan dilində

12:30 – Çarmıx Yolu

MÜQƏDDƏS II İOHANN PAVEL PRİXODUNDA

Bazar ertəsi 20.03.2023 ƏQDƏS BAKİRƏ MƏRYƏMİN NİŞANLISI, MQD. YUSİFİN BAYRAMI 19:00 azərbaycan dilində
Çərşənbə axşamı 21.03.2023 19:00 rus dilində
Çərşənbə 22.03.2023 19:00 rus dilində
Cümə 24.03.2024 RƏBBİN MÜJDƏSİ BAYRAMI ƏRƏFƏSİ 18:00 – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində. Messadan sonra – Çarmıx Yolu
Şənbə 25.03.2023 Rəbb Günü ərəfəsi Messası – 19:00 latın dilində
Bazar 26.03.2023 11:00 və 19:00 rus dilində, 12:30 azərbaycan dilində