19 SENTYABR 2021, ADİ DÖVRÜN XXV RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi 

20 sentyabr, bazar ertəsi, müqəddəs Andrey Kim Te Qon, keşiş və səhabələri, şəhidlər, xatirə günü

21 senytabr, çərşənbə axşamı, müqəddəs həvari və müjdəçi (yevangelist) Mattanın bayramı

23 sentyabr, cümə axşamı, müqəddəs Pyetrelçinalı Pio, keşiş, xatirə günü

26 sentyabr, bazar,  ADİ DÖVRÜN XVI RƏBB GÜNÜ

Apostol Prefekturasının elanları
İctimai ibadətlər (Müqəddəs Messalar) haqda məlumat

Kilsəni ziyarət etmək imkanı, Müqəddəs Messada iştirak etmək və yaxud Sirrləri qəbul etmək haqda cari məlumatı prixodlarda xidmət edən keşişərdən əldə edə bilərsiniz:

Fövqələqdəs Bakirə Məryəm prixodu (Xətai)  : +994-77-542-6670 ( whatsapp-a yazın)

mqd. II İohann Pavel prixodu (Gənclik): İctimai Müqəddəs Messalar aşağıda verilən cədvələ əsasən keçirilir.  Əlaqə nömrəsi:  +994 50 630 42 37

bazar ertəsi    19.00
çərşənbə  19.00
cümə 18.00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19.00 – Müqəddəs Messa
şənbə    Rəbb Günü Ərəfəsi 19.00
bazar 11:00 və 19.00

 

Əlaqə nömrəsi:  +994 50 630 42 37

Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.  

Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.

Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.