20 MART 2022 İL, BÖYÜK ORUCUN III RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
24 mart, cümə axşamı, Rəbbin Müjdəsi Bayramının ərəfəsi (axşam)
25 mart, RƏBBİN MÜJDƏSİ, Böyük Bayram
27 mart, bazar, BÖYÜK ORUCUN IV RƏBB GÜNÜ, “LAETARE…” GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
Rəbbin Müjdəsi
VI əsrdən qeyd edilən Rəbbin Müjdəsi Bayramı ilk olaraq xristian Şərqində, sonra isə Qərbdə geniş yayılır.Beləliklə, Kilsə Allah Oğlunun Təcəssümünün sirrini Miladdan doqquz ay qabaq xüsusi bir bayramla qeyd edir.
Bayram Messaları
Müqəddəs Məryəm Kilsəsində:
24 mart, cümə axşamı, bayram ərəfəsi – 19:00 rus dilində
25 mart, cümə, bayram günü – 17:30 rus dilində, 19:00 ingilis dilində
Müqəddəs II İohann Pavel prixodunda
25 mart, cümə, bayram günü – 19:00 rus dilində
RUSİYA VƏ UKRAYNANIN MƏRYƏMİN PAK QƏLBİNƏ HƏSR EDİLMƏSİ
Müqəddəs Ata Fransiskin çağırışına cavab olaraq, martın 25-də Rəbbin Müjdəsi bayramı günü, Bakı vaxtı ilə saat 20:00-da Müqəddəs Məryəm kilsəsində, Azərbaycanda Katolik Kilsəsi, Peterin xələfi və bütün yerli Kilsələr ilə birlikdə Ukrayna və Rusiya arasında sülh diləklərini Mübarək Allahın Anasının lütfkar dualarına əmanət etmək üçün Rusiya və Ukraynanı Məryəmin Pak Qəlbinə həsr edəcək.
Həsretmə mərasimini Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi ata Yozef Marek SDB həyata keçirəcək.
Həmçinin Rəbbin Müjdəsi bayramı günü Azərbaycanda Katolik Kilsəsi ölkəmiz üçün, ölkə rəhbərliyi və xalqımızın xeyirdualı olması üçün, bu günümüzdə və gələcəkdə sülh və əminamanlıq üçün təntənəli dua oxuyaraq, Azərbaycanı Mübarək Məryəmin dualarına tapşıracaq.
Çarmıx yolu ibadətləri
Hər bazar mqd. Məryəm kilsəsində – saat 12:30
Hər cümə mqd. II İohann Pavel prixodunda – 19:00-da olan Müqəddəs Messadan sonra.
Böyük Orucun IV Rəbb Günü – “Laetare” Günü
Böyük Orucun dördüncü Rəbb Günü Oruc dövrünün bütün digər günlərindən bir qədər fərqlidir. Bu gün – orucda bir növ fasilə – qarşıdan gələn bayramın sevincini simvollaşdırır. Bu, Böyük Orucun yeganə günüdür ki, keşişlər tövbəni simvolizə edən bənövşəyi paltarda deyil, sevinci simvolizə edən çəhrayı libaslarda ayinləri icra etmək hüququna malikdirlər. Bu gün kilsəni çəhrayı çiçəklər və bəzəklərlə bəzəməyə icazə verilir.
Laetare (lat. Sevinin) adı bu günün “Laetare Jerusalem: et conventum facite, omnes qui diligitis eam”, “Yerusəlimlə birgə sevinin ey onu sevənlər, hamınız onun üçün şadlanın” introitinin birinci sətirindən gəlir.