20 NOYABR 2022-Cİ İL, RƏBBİMİZ İSA MƏSİH, KAİNATIN PADŞAHI BAYRAMI GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi  

21 noyabr, bazar ertəsi, Fövqələqdəs Bakirə Məryəmin Məbədə daxil edilməsi, xatirə günü

22 noyabr, çərşənbə axşamı, mqd. Sesiliya, bakirə və şəhid, xatirə günü

23 noyabr, çərşənbə, mqd. Kliment, papa və şəhid, xatirə günü

24 noyabr, cümə axşamı, mqd. Andrey Zung Lang, keşiş və onun səxabələri, şəhidlər, xatirə günü 

25 noyabr, cümə, mqd. İsgəndəriyyəli Yekaterina, bakirə və şəhid, xatirə günü 

27 noyabr, bazar, ADVENT DÖVRÜNÜN I RƏBB GÜNÜ  

APOSTOL PREFEKTURASININ ELANLARI 

  • Noyabrın 26-sı, şənbə günün axşamından Advent adlı liturgiya dövrü başlayır. Advent (lat. adventus – gəliş, Zühur) Katolik Kilsəsində Milad öncəsi dövrün və yeni liturgiya ilinin başlandığı vaxtdır.  Advent iki məna daşıyan ehtiram və sevinc ilə yaşanan gözləmə vaxtıdır: bir tərəfdən o Milad bayramına hazırlıq dövrüdür, eyni zamanda Advent vaxtı imanlılar Dünyanın Sonunda Məsihin İkinci Züuhuru haqda düşünməyə çağrılırlar. Advent dövründə Kilsə imanlıları mərhəmət işləri görməyə və tövbə etməyə çağırır. Bu dövr üçün ciddi oruc tutmaq tələbi yoxdur, lakin Kilsə hər bir katolikə tövsiyə edir ki, o Advent zamanı onu Allahdan, duadan yayındıran, həmçinin onun mənəvi inkişafına mane olan şeylər barədə düşünsün və həmin şeylərdən Milad Bayramına mənəvi hazırlır üçün imtina etməyə çalışsın və bu yolda Tövbə və Yevxaristiya Sirrlərinə tez tez müraciət etsin.  Liturgiya ilin bu dövrünün ənənəvi simvolu Advent çələngidir. İmanlılar çələnglərini 26 noyabr, şənbə günü axşam və ya 27 noyabr, bazar günü təqdis etmək üçün kilsəyə gətirə bilərlər. Advent çələnginin necə olması barədə məlumatı Messadan sonra keşişlərdən və ya katexizis dərslərində öyrənə bilərsiniz.

 

  • Məlumat vermək istərdik ki, gələn həftə Müqəddəs Taxt-Tacın Azərbaycandakı səfiri, apostol nunsisi, arxiyepiskop Marek Solçinskiy Bakıya səfər edəcək. Nunsi həzrətləri 27 noyabr, saat 11:00-da Adventin I Rəbb Günündə mqd. Məryəm kilsəsində keçiriləcək Müqəddəs Messaya başçılıq edəcək.  

 

İBADƏTLƏRİN CƏDVƏLİ 

MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Çərşənbə axşamı 12:45 rus dilində  
Çərşənbə  12:45 rus dilində   
Cümə axşamı 19:00 rus dilində  
Cümə 17:30 rus dilində  
Şənbə  12:00 rus dilində 

Rəbb Günü Ərəfəsi Messası, 18:00 ingilis dilində 

Bazar 07:00 və 11:00 ingilis dilində  

13:00 rus dilində, 15:30 azərbaycan dilində  

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

Bazar ertəsi  Müvəqqəti bağlıdır 
Çərşənbə axşamı 19:00 rus dilində 
Çərşənbə   19:00 rus dilində 
Cümə 18:30  – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində  
Şənbə Rəbb Günü Ərəfəsi Messası 19:00 latın dilində   
Bazar 11:00 və 19:00 rus dilində, 12:30 azərbaycan dilində